Atuna racemosa — Chrysobalanaceae fəsiləsinə aid ağac. "Racemosa" epiteti latın dilində "dəstə halında" deməkdir və bu, bitkinin çiçək dəstələrinə işarə edir. Bu ağac Filippində geniş şəkildə "tabon-tabon" adı ilə tanınır. Onun meyvələri təxminən min ildir ki, "kinilaw" adlı yerli yeməyin (çiy balıq sirkə və ya sitrus şirəsində) hazırlanmasında ənənəvi olaraq istifadə olunur.

Xüsusiyyətləri

35 metr (110 fut) hündürlüyə qədər böyüyə bilir. Ağacın hamar qabığı bozdan qaraya qədər dəyişir. Çiçəkləri mavi və ya ağ rəngdədir. Meyvələri ellipsoid, yuvarlaq və ya armud şəklində olub 7,5 sm (3 düym) uzunluğa çatır. Bu ağac Tailand, Malayziya və Cənub Sakit Okean adalarında geniş yayılmışdır. Onun yaşayış mühiti dəniz səviyyəsindən 750 metr (2,500 fut) hündürlükdə qarışıq dipterokarp meşələri, bataqlıqlar və çay kənarlarıdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Flora Kateqoriya:Konstantin Samuel Rafinski tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər