Axar-Baxar Milli Parkı — Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2025-cı il tarixli sərəncamı əsasında yaradılmış milli park.Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycanın Qax, Samux və Yevlax rayonları ərazisində yerləşir. 23901,99 hektar sahəni əhatə edir.

Ümumi məlumat Milli parkın yaradılmasının başlıca məqsədi Axar-Baxar silsiləsinin, eləcə də Qanıx çayı sahillərindəki təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Ərazisi Axar-Baxar Milli Parkı üç rayonun ərazisində yerləşir: Qax (5788.43 ha) Samux (11113,46 ha) və Yevlax (7000,10 ha) rayonları. Milli parkın ərazisi Qax rayonunun Axar-Baxar silsiləsinin şimalda yerləşən Qarabulaq meşəsindən başlayır və Qanıx çayı boyu uzanaraq Axar-Baxarın cənub ətəklərini əhatə edir. Samux rayonu ərazisində park ərazisi Qanıx çayın hər iki sahili boyu davam edir və Mingəçevir su anbarına qədər davam edir. Eləcə də Samux və Yevlax rayonunlarının Mingəçevir su anbarının sol sahilində yerləşən əraziləri əhatə edir.

Flora Fauna İqlimi Milli parkın ərazisində qışı mülayim, yayı isti, quraq keçən yarımsəhra və quru çöl (quru subtropik iqlim) iqlim tipi hakimdir. İllik yağıntınin miqdarı 200–400 mm-dir. Havanın orta illik temperaturu 10-14 °C arasında tərəddüd edir. Ən soyuq ayın orta temperaturu - 3-dən + 18 °C arasında dəyişir. Ən isti ayın + 22 °C-dən yuxarıdır. İlin ən quru dövrü qış aylarına təsadüf edir.

Həmçinin bax Azərbaycan Milli Parkları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xarici keçidlər İstinadlar

Kateqoriya:Azərbaycan milli parkları Kateqoriya:2025-ci ildə yaradılmış qoruq əraziləri