Tutuxanım Həmidova — Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti, Azərbaycan SSR əməkdar artisti.

Həyatı Tutuxanım Həmidova 1922-ci ildə Bakı şəhərində anadan olub. Əslən Bilgəh kəndindəndir. Uşaqlıqda valideynləri ayrıldıqdan sonra anası Həmid adlı bir kişi ilə ailə qurmuş və ögey atası uşaqlara yaxşı münasibət göstərmiş, onların təhsil almasına şərait yaratmışdır.

Tutuxanım Həmidova gənc yaşlarında Əmirulla adlı bir şəxslə ailə qurmuş və bu nikahdan Zaur və Davud adlı iki oğlu dünyaya gəlmişdir.

Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərmişdir. O, "Nəlbəki", "Turacı", "Naz eləmə" kimi rəqslərini ifa edərək dövrünün ən məşhur rəqqasələrindən biri kimi tanınmışdır. 1960-cı illərin əvvəllərində səhnə fəaliyyətini başa vurmuş və rəqs sənətindən ayrılmışdır.

Xatirələrdə Tutuxanım Həmidova haqqında şəxsi xatirələrdə onun zərif, lakin möhkəm xarakterə malik bir qadın olduğu qeyd olunur. Həyatı boyu övladları üçün çalışan və onları qoruyan bir ana kimi xatırlanır.

Həmçinin bax Azərbaycan rəqsi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı

İstinadlar

Kateqoriya:Azərbaycan rəqqasələri Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri