Qafar Cəfər oğlu Cəbiyev () — Azərbaycan tarixçisi, tarix elmləri doktoru (2008), professor, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2012).
Həyatı Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978–1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Dörd monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır.
Evlidir. İki övladı var.
Əsərləri Qırlartəpənin qədim abidələri (). Bakı: Elm, 1985 (həmmüəllif). Arxeologiya və romantika. Bakı: Gənclik, 1990. Can Azərbaycan. Bakı: Azərbaycan Milli Ensiklopediyası NPB, 2003. Girdiman tarixi (IV–IX əsrlər). Bakı: Şərq-Qərb, 2010. Muradxan dəfinəsi. Bakı: Elmin İnkişafı Fondu, 2012 (həmmüəllif). Yazılan qalacaq. Bakı: Elm və təhsil, 2015. Girdiman. Tarixi və tarixi coğrafiyası. Bakı: Elm və təhsil, 2015. Azərbaycan tarixi: ən qədim zamanlardan müasir dövrə qədər (ali məktəblərin qeyri-ixtisas fakültələrinin bakalavriat pilləsi üçün dərslik). Bakı: Elm və təhsil, 2017. Qəbələdə son arxeoloji tədqiqatların nəticələri. Bakı: CBS, 2017. Azərbaycan arxeologiyasının əsasları (dərs vəsaiti). Bakı: Elm və təhsil, 2018. Girdiman. Tarixi və tarixi coğrafiyası (). Bakı: Elm və təhsil, 2020. Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları. Bakı: Elm və təhsil, 2024. Bələdiyyələr və mədəni irs. Bakı: Xan, 2024.
Mənbə Ekspedisiya üzvləri. Qafar Cəbiyev
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan arxeoloqları Kateqoriya:Azərbaycanlı arxeoloqlar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:AMEA Arxeologiya və Antropologiya İnstitutunun alimləri