O uzaq qonşu kənddə — Ermənistanın Aygepar kəndindəki ermənilərin və Azərbaycanın Əlibəyli kəndindəki azərbaycanlıların həyatından bəhs edən iki 25 dəqiqəlik filmin adı. Erməni dilində olan filmin rejissoru Ara Şirinyan, ssenari müəllifi Tiqran Paskeviçyan, Azərbaycan dilində olan filmin rejissoru Ayaz Salayev və ssenari müəllifi Elcan Məmmədovdur. Filmin erməni versiyasını Ermənistanın "Şoğakat TV" telekanalı, Azərbaycan versiyasını isə "İnternyus Azərbaycan" təşkilatı hazırlayıb.
Birinci Qarabağ müharibəsindən əvvəl və sonra kənd sakinlərinin həyatından bəhs edən filmlər Katolik Yardım Xidmətinin Ermənistan bölməsi (CRS), Ermənistan Dəyirmi Masa Fondu (ARTF) və Hollandiyanın Kilsələrarası Əməkdaşlıq Təşkilatı (ICCO) tərəfindən birgə maliyyələşdirilib.
Filmlərin premyerası İrəvanda keçirilən "Qızıl ərik" Beynəlxalq Film Festivalında (iyul 2006) olub və burada erməni, azərbaycanlı və beynəlxalq jurnalistlər tərəfindən müzakirə edilib.
İstinadlar
Kateqoriya:Azərbaycan qısametrajlı filmləri Kateqoriya:Ermənicə filmlər Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Ermənistan qısametrajlı filmləri Kateqoriya:Azərbaycan–Ermənistan münasibətləri Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər