Buraq () — Məhəmməd peyğəmbəri Meraca aparan məxluq.
Buraq sözü ərəbcə "ildırım sürətli" deməkdir. Rəvayətə görə Buraq Məhəmməd peyğəmbəri bir göz qırpımında Məkkədən Qüdsdəki Əl-Əqsa məscidinə çatdırmış, sonra səmaya qalxmışdır. Rəvayətə görə Rəcəb ayının 27-si gecəsi Məscidül-Həramdan Əl-Əqsa məscidinə Buraq ilə aparıldı.
Mənbə İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.36.
Kateqoriya:İslam Kateqoriya:İslam tarixi Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:İslamizm Kateqoriya:Mifik hibridlər Kateqoriya:İslamda heyvanlar