Papers, Please (ing. tərcümə — "Sənədlər, lütfən") — tapmaca simulyasiya videooyunu.
Oyun Lucas Pope tərəfindən yaradılmış və onun 3909 LLC adlı şirkəti tərəfindən təkmilləşdirilmiş, eyni zamanda sunulmuşdur. 2013-cü il 8 avqustda Microsoft Windows və OS X, 2014-cü il 12 fevralda Linux, eyni il 12 dekabrda iOS, 2017-ci il 12 dekabrda PlayStation Vita, 2022-ci il 5 avqustda Android platformalarına gətirilmişdir.
Oyunçu ilk gündən dövlət sərhəd keçid məntəqəsində inspektor kimi çalışır. Burada oyunçunun əsas vəzifəsi bu məntəqədən keçən hər kəsin sənədlərini müəyyən qaydalara əsasən yoxlamaqdır. Lakin vaxt keçdikcə bu qaydalar yenilənir və get-gedə sayı çoxalır.
Geympley Oyunçu 1982-ci ilin payızın son və qışın əvvəlki həftələrində Arstotzka adlı dövlət naminə nəzarətçi kimi öz vəzifəsini yerinə yetirir, çünki əks halda ya borclarına görə həbsə atılacaq, ya da ailəsi soyuqdan, aclıqdan və ya xəstəlikdən həyatını itirəcək.
Vəzifədə olduğu zaman oyunçu 7 ölkədən: Arstotzka, Koleçia, Obristan, Republia, Antegria, İmpor, Birləşmiş Federasiyadan olan vətəndaşları keçirməli olur. Lakin bu o qədər də sadə olmur: demək olar ki hər gün baş verən saysız müharibələr, diplomatik görüşlər, gözlənilməz terror hadisələri, bu hadisələrin bəzən bir hissəsi olan EZIC adlı qurumun möhkəmlənməsi, və bəzən bu hadisələrin qarışıqlığından istifadə edən qeyri-qanuni işlərlə məşğul olan insanlara görə yoxlanışın qaydaları daha da sərt və mürəkkəb hal alır.
Oyunun hekayə modunda 20 mövcud sonluq var. Bu moddakı sonluqlar oyun boyunca nə qədər və hansı vətəndaşları keçirib-keçirmədiyindən, qazancını necə bölüşdüyündən, oyunçunun ümumi hərəkətlərindən asılıdır. Oyunun sonsuz modu da mövcuddur.
Xarici keçidlər
Oyunun rəsmi vebsaytı (ing.)
İstinadlar
Kateqoriya:Videooyun geympleyi Kateqoriya:Android videooyunları Kateqoriya:İOS videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:Simulyasiya Kateqoriya:Windows videooyunları Kateqoriya:Linux videooyunları Kateqoriya:2013-cü ilin videooyunları Kateqoriya:Pazl videooyunları Kateqoriya:Simulyatorlar Kateqoriya:Antiutopik videooyunlar Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Uydurmada terrorizm