thumb|Los Alamos Milli Laboratoriyası|350x350px Los Alamos Milli Laboratoriyası (LANL ,, əvvəllər Site Y, LASL) — ABŞ-nin Enerji Departamentinin on altı milli laboratoriyasından biri. O, Los Alamos, Nyu Meksiko ştatında yerləşir. Onu Triad Milli Təhlükəsizlik MMC idarə edir. 1943-cü ildə Manhetten layihəsinin bir hissəsi olaraq yaradılmışdır. Dünyanın ən böyük və ən qabaqcıl elmi müəssisələrindən biridir.

Nyu Meksikonun şimalında ən böyük müəssisə olan LANL-da təxminən 12,500 tam ştatlı işçi, üstəgəl təxminən 3,300 müqaviləli işçi çalışır. Büdcəsi 4.9 milyard ABŞ dolları təşkil edir. Bundan əlavə, obyektdə LANL əməliyyatlarına federal nəzarət üçün tam ştatlı əsasda təxminən 120 Enerji Departamenti nümayəndəsi çalışır.

Los Alamos — ABŞ-də nüvə silahları üzərində məxfi iş aparan iki laboratoriyadan biridir. İkincisi, Lourens Livermor Milli Laboratoriyasıdır ki, bu da 1952-ci ildə fəaliyyətə başlamışdır. 2008-ci ilin noyabrına olan məlumata görə, burada dünyanın ən güclü superkompüteri olan IBM Roadrunner yerləşir. Milli nüvə silahlarının hazırlanması ilə yanaşı, ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə yaradılmış laboratoriya kəşfiyyatı emal edən orqan rolunu oynamış və təqdim etdiyi kəşfiyyat məlumatlarına əsasən sovet nüvə proqramı və nüvə arsenalının tətbiqi tədqiqatları və təhlili, eləcə də digər sosialist ölkələrində analoji proqramlar həyata keçirmişdir.

İlk direktoru Robert Oppenheymer (1943-1945) olmuşdur.

Laboratoriyanın torpaqlarında qayaüstü rəsmləri olan böyük tarixdən əvvəlki hind yaşayış məntəqəsi olan Tsirege arxeoloji sahəsi yerləşir.

1961-ci ildən bəri laboratoriya Kosmik Nüvə Hərəkəti Direktorluğunun rəhbərlik etdiyi layihə olan nüvə raket mühərriklərinin yaradılması imkanlarını araşdırır.

İstinadlar

Xarici keçidlər

Los Alamos Milli Laboratoriyası (rəsmi sayt) Los Alamos Tarixi (Tarix - Rəsmi Sayt) Milli Təhlükəsizlik Elmi — Laboratoriyanın cari işləri və nailiyyətləri haqqında nəşrləri olan laboratoriya jurnalı Kateqoriya:Nüvə silahı Kateqoriya:Manhetten layihəsi Kateqoriya:1943-cü ildə yarananlar Kateqoriya:ABŞ silahlı qüvvələri