Tetramorium — Mirmicinae yarımfəslinə aid olan və 520-dən çox növü özündə birləşdirən qarışqa növü. Bu qarışqalar həmçinin "pavement ants" (trotuar qarışqaları) kimi də tanınır. Taksonomiyası Tetramorium ilk dəfə 1855-ci ildə Qustav Mair tərəfindən Monomorium ilə eyni nəşrdə təsvir edilib.Mayr, G. 1855. Formicina austriaca. Beschreibung der bisher im oesterreichischen Kaiserstaate aufgefundenen Ameisen nebst Hinzufuegung jener in Deutschland, in der Schweiz und in Italien vorkommenden Ameisen. Verhandlungen des Zoologisch-Botanischen Vereins in Wien 5: 273—478. 2017-ci ildə Vaqner və həmkarları tərəfindən aparılan cins daxilində təftiş zamanı 10 kriptik növdən ibarət bir kompleks yaradıldı. Bunlardan 3-ü yarımnöv statusundan növ statusuna yüksəldildi və 2-si yeni təsvir edildi. Növlər Tetramorium alpestre Steiner, Schlick-Steiner & Seifert, 2010 Tetramorium breviscapus Wagner et al., 2017 Tetramorium caespitum (Linnaeus, 1758) Tetramorium caucasicum Wagner et al., 2017 Tetramorium fusciclava Consani & Zangheri, 1952 Tetramorium hungaricum Röszler, 1935 Tetramorium immigrans Santschi, 1927 Tetramorium impurum (Foerster, 1850) Tetramorium indocile Santschi, 1927 Tetramorium staerckei Kratochvíl, 1944 Təsviri Əksər növlərin işçiləri qabırğalı bədənə, əlavəli iynəyə, 3 və ya 4 dişli çənələrə və 11 və ya 12 seqmentli bığlara və ya uclarında 3 seqmentli gürzlərə malikdir. Cins müxtəlif xüsusiyyətlərlə müəyyən edilən bir neçə növ qrupuna bölünür.. doi: 10.3897/zookeys.413.7172 Yayılması Əksər növlər Afrika və Hind-Çin regionlarında yayılıb. Yaponiyada əlavə 10 növ qeydə alınıb. Bir trotuar qarışqası növü olan T. immigrans Avropaya endemikdir və ehtimal ki, XVIII əsrdən etibarən Şimali Amerikada yayılmağa başlayıb.
Əksər məlum növlər torpaqda, çürümüş odun arasında və ya yarpaq çöküntüsündə yuva qurur. Bəziləri ağaclarda və ya termit yuvalarında yaşayır.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Муравьи рода Tetramorium Современное число видов рода Tetramorium
Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Qarışqalar Kateqoriya:20–24 ID olan Taksonbar