Hiperhidroz ( həddən artıq və — tər sözlərinin birləşməsindən əmələ gəlmişdir) – tərləmə sisteminin funksional pozğunluğu. Bu zaman insan çox tərləyir. Həddindən artıq tərləmə həm xarici stimullara reaksiya, həm də hər hansı bir xəstəliyin nəticəsi olaraq inkişaf edə bilər.
Etiologiyası Ümumi və lokallaşdırılmış hiperhidroz bir-birindən fərqlənirlər: Ümumi hiperhidroz ətraf mühitin yüksək temperaturu, fiziki və emosional stress (fizioloji hiperhidroz), eləcə də bir sıra xəstəliklər (vərəm, sinir sisteminin zədələnməsi, serum qlükoza səviyyəsinin kəskin azalması) və bəzi dərmanların (antidepressantlar, serotonergik, adrenergik, xolinomimetiklər və AE inhibitorları) təsirinə məruz qaldıqda müşahidə olunur. Ümumi hiperhidroz isə tər vəzilərinin olduğu bütün sahələrdə əmələ gəlir.Гипергидроз: понять причину — журнал "Здоровье"Лечение повышенной потливости ног — журнал "Woman’s Day" Lokallaşmış hiperhidrozun ən çox rast gəlinən formaları qoltuqaltı nahiyələrin, ovucların, üz nahiyəsinin, ayaqaltıların və bədən qatlarının (iri büküşlərdə) hiperhidrozudur. Bu həm də şəxsi gigiyena qaydalarına riayət edilməməsi, düz ayaqlılıq, sıxan və rezin ayaqqabılardan, sintetik parçalardan tikilmiş paltarlardan istifadə nəticəsində də əmələ gələ bilər. Hiperhidroz dərinin maserasiyası (yumşalma və şişkinlik) və onun turşuluğunun dəyişməsi nəticəsində göbələk və piogen floranın inkişafına şərait yaradır.
Klinik təsviri Hiperhidroz xoşagəlməz qoxu ilə müşayiət oluna bilən, xəstəyə narahatlıq verən bir haldır. Diaqnoz xəstənin şikayətlərinə və obyektiv müayinə məlumatlarına əsasən qoyulur.Деликатно: 9 способов лечения потливости — журнал "Passion"
Səbəbləri Kiçik sinir liflərinin disfunksiyası bir çox xəstəliklərdə müşahidə olunur. Məsələn, şəkərli diabetə bağlı periferik neyropatiya zamanı sinir liflərinin sıxlığı əhəmiyyətli dərəcədə azalır ki, bu da tərləmə pozğunluqlarına (anhidroza — tərin olmamasına, hiperhidroza — həddindən artıq tərləməyə) gətirib çıxarır. Tər vəzilərinin aktivliyi həmçinin insanın psixoloji gərginlik səviyyəsinin göstəricisi sayılır. Tərləmə pozuntuları Altsheymer xəstəliyi, xroniki ürək çatışmazlığı, revmatik artrit və tirotoksikoz kimi hallarda da baş verə bilər. // Известия Саратовского университета. Новая серия. Серия Физика. 2021. Т. 21, вып. 3. С. 222–232. DOI: 10.18500/1817-3020-2021-21-3-222-232
Səbəbləri müəyyən etmək üçün nevroloji və somatik xarakterli bir sıra xəstəlikləri istisna etmək lazımdır. Bunlara polinevropatiyalar, reyno, siringomeliya, eritromelalgiya, baş ağrıları, L. Frey sindromu (aurikulotemporal sindrom), baraban pərdəciyinin sindromunu misal göstərmək olar. Essensial hiperhidrozlu xəstələrdə isə adətən həm tər vəzilərinin sayının artması, həm də onların adi stimullara qarşı reaktivliyinin yüksəlməsi müşahidə olunur.
Tədqiqatlar Tər vəzilərinin fəaliyyəti dinamik infraqırmızı termoqrafiya üsulu ilə öyrənilə bilər.
Aradan qaldırılması üsulları
Korreksiya üsulları Hiperhidroz üçün ənənəvi müalicə rejimlərinə kosmetik antiperspirantları, iontoforez və ya qlikopirolat kimi oral antixolinergik dərmanları misal göstərmək olar.Chalmers, T. M., and Keele, C. A., The nervous and chemical control of sweating. Br J Dermatol, 1952, 64(2): 43–54. PMID 8502263Allen, J. A., Jenkinson, D. J., and Roddie, I. C., The effect of ß-adrenoceptor blockade on human sweating. Br J Pharmacol, 1973, 47(3): 487–497. PMID 4147190Eisenach, J. H., Atkinson, J. L. and Fealey, R. D., Hyperhidrosis: evolving therapies for a well-established phenomenon. Mayo Clin Proc, 2005, 80(5): 657–666. PMID 15887434
Aptek dezodorantının tətbiqi Dezodorantları xoşagəlməz qoxuları azaltmaq və ya aradan qaldırmaq üçün, antiperspirantlardan isə tərləməni azaltmaq üçün istifadə olunur. Bununla belə, tərləmədə artma müşahidə edildikdə effektivliyi sübut edilmiş xüsusi aptek dezodorantlarından istifadə etmək lazımdır. Tədqiqatlar tərkibində alüminium xlorid olan dezodorantların effektivliyini sübut etmişdir (Dry RU, Dry Dry və s.).Kirschbaum, C., Pirke, K. M., & Hellhammer, D. H., 1993. The 'Trier Social Stress Test'--a tool for investigating psychobiological stress responses in a laboratory setting. Neuropsychobiology 28(1–2), 76–81. PMID 8255414
Oral yolla qəbul olunan dərmanlar Ağızdan antikolinerjik preparatların istifadəsi bulanıq görmə, ağız quruluğu kimi arzuolunmaz yan təsirlərə səbəb olub, tərləməni aradan qaldırmaq üçün çox da effektli hesab olunmur.
Yerli tətbiq Antixolinergik sofpironium bromid birincil aksiller hiperhidrozun topikal müalicəsində öz təsdiqini tapmışdır.
Botulotoksin inyeksiyaları Proseduru yerinə yetirmək asan və tamamilə təhlükəsizdir. Botulinum toksininin intradermal yeridilməsi tər vəzilərinin lokalizasiyası sahəsində (qoltuqlar, ovuclar, ayaqlar) insulin şprisindən istifadə etməklə həyata keçirilir. Ovuclarda və dabanlarda proseduru yerinə yetirmək üçün 1% lidokain məhlulu ilə keçirici anesteziya tələb olunur. Yerli hiperhidrozun sahəsini və tərləmə intensivliyini müəyyən etmək üçün Minor testi aparılır. İnyeksiyonlar nəticəsində postqanglionik simpatik sinirlərin blokadası inkişaf edir. Bir qayda olaraq, təsir inyeksiyadan sonra ilk 2 gündə baş verir və 6–12 ay davam edir. // Журнал "Современные технологии в медицине", № 1, 2011
İonoforez İonoforez ovucların, dabanların və ya qoltuqların həddindən artıq tərləməsinin müalicəsi üsuludur. İmpulslu cərəyan ionların dəriyə zərər vermədən nüfuz etməsinə imkan verir və faydalı təsir göstərir. İonoforezdən istifadə etdikdən sonra tərləmə əhəmiyyətli dərəcədə azalır.Wilke, K. Martin, A., Terstegen, Lю, Biel, S. S., A short history of sweat gland biology. Int J Cosmet Sci. 2007, 29(3): 169–179. PMID 1848934
Cərrahi müdaxilə Bütün cərrahi üsullar tam effektiv hesab edilmir, 64% -ə qədər kompensasiya hiperhidrozunun inkişaf ehtimalına malikdir.
Torakal simpatektomiya Torakal simpatektomiya ümumi anesteziya altında həyata keçirilir. Bu zaman cərrah döş qəfəsinin qoltuq nahiyəsində kiçik bir ponksiyon edir. Boşluğa nazik bir boru daxil edilir, həmin borunun ucuna isə mikro video kamera yerləşdirilir. Təxminən 0,5 sm olan eyni iki ponksiyon vasitəsilə cərrah alətləri daxil edir. Monitor ekranında onların irəliləməsini izləyən həkim simpatik gövdəni tapır və onu yüksəktezlikli cərəyanla istənilən səviyyədə keçir.Hellhammer, D. H., Stone, A. A., Hellhammer, J., & Broderick, J. (2010). Measuring Stress. In George Koob, Michel Le Moal & Richard F Thompson (Eds.), Encyclopedia of Behavioral Neuroscience (Vol. 2, pp. 191–196). Oxford: Academic Press Əməliyyatdan sonrakı ilk aylarda kompensasiya hiperhidrozu, yəni bədənin digər bölgələrinin tərləməsinin artması baş verə bilər. Torakal simpatektomiya proseduru qoltuqlarda və əllərdə tərləməni tamamilə dayandırır, bu da dərinin qurumasına və digər yan təsirlərə səbəb ola bilir. Simpatektomiya Horner sindromu, pnevmotoraks və yuxarı ətrafın məhdud hərəkətliliyi ilə özünü göstərən motor sinirlərin zədələnməsi kimi ağırlaşmalara malikdir.Cox, T., & Mackay, C. (1976). A psychological model of occupational stress. A paper presented to The Medical Research Council. Mental Health in Industry, London, November
Küretaj Əsasən, ekkrin tər vəzilərinin yerləşdiyi qoltuqaltı nahiyədə, dərinin səthi qatının altından qaşıma (təmizləmə) məqsədilə liposaksiya üçün kanül tətbiq olunur.Kippenberger, S., Havlíček, J., Bernd, A., Thaçi, D., Kaufmann, R., Meissner, M., 'Nosing Around' the human skin: What information is concealed in skin odour? Exp Dermatol. 2012, 21(9):655–659. PMID 22741529Wyart, C., Webster, W. W, Chen, J. H, et al., Smelling a single component of male sweat alters levels of cortisol in women. The Journal of Neuroscience, 2007, 27(6): 1261–1265. PMID 17287500Prehn-Kristensen, A., Wiesner, C., Bergmann, T. O, Wolff, S., Jansen, O., Mehdorn, H. M., Ferstl, R., Pause B. M., Induction of empathy by the smell of anxiety. PLoS One. 2009 Jun 24;4(6): e5987. PMID 19551135
Digər üsullar MiraDry sistemi birincil aksiller hiperhidrozun müalicəsi üçün göstərilir. ABŞ qanunlarına əsasən, o, proqnozlaşdırıcı cihaz kimi satışa çıxarıla bilər və FDA-nın satışdan əvvəl təsdiqini tələb etmir.
İstinadlar
Xarici keçidlər В борьбе с гипергидрозом Елена Румянцева, к.м.н., врач-дерматокосметолог, Дмитрий Игнатьев, врач-дерматокосметолог
Kateqoriya:Dəri xəstəlikləri Kateqoriya:Xəstəliklər və pozuntular