III Sergiy (Sergius PP. III; təqribən 860 – 14 aprel 911, Roma) — 29 yanvar 904-cü ildən 14 aprel 911-ci ilə qədər fəaliyyət göstərmiş Roma Papası. Mərkəzi İtaliyada müharibə aparan aristokratik qrupların papalığın maddi və mənəvi resurslarından öz xeyirlərinə istifadə edərək zorakılıq və iğtişaşlar yartdıqları bir dövrdə fəaliyyət göstərərərk yüksək dini çevrədə yaranmış pornokratiyanın ilk papası olmuşdur. Collins, pgs. 174—175
Mənbələrdə deyildiyinə görə, III Sergiy özündən əvvəlki iki sələfi, Papa V Levin və antipapa Kristoferin qətlini təşkil etmişdir. Əvvəl, V Levi hakimiyyətdən devirmiş, sonra antipapa sayılan Kristoferi həbsxanada boğaraq öldürtdürmüşdür. O, sələflərinin bir çox kilsə mübahisələrini, o cümlədən Papa Formozun cəsədi üzərində həyata keçirilmiş vəhşiliklə bağlı münaqişəni, mərhum Papanın yerinə yetirdiyi bütün təyinatların ləğvini və Şərq patriarxları ilə “Filioque” (Müqəddəs Ruhun təkcə Allahdan deyil, həmçinin Ata və Oğuldan gəldiyinə inanc) mübahisəsini davam etdirməklə yadda qalmışdır. Mann, pg. 130
Onun pontifikliyi müvəqqəti münaqişələrlə də yadda qalmışdır. Belə ki, III Sergiy İtaliya kralı I Berenqarı Müqəddəs Roma İmperatoru kimi təsdiqləyərək başına tac qoymaqdan əvvəl imtina etsə də, sonradan qərarını dəyişmişdir. Mann, pg. 127 Bundan başqa o, Bizans imperatoru VI Müdrik Levin dördüncü dəfə evliliyini dəstəkləmişdir. Mann 1910, pp. 134–136 Papa III Sergiy Lateran kilsəsinin bərpasını həyata keçirmişdir.
Bu gün III Sergiy çox vaxt vicdansız və əxlaqsız fiqur kimi qəbul edilir, çünki müasirlərinin dediyinə görə o, qeyri-qanuni nigahdan doğulmuş və 931-ci ildə Roma Papası seçiləcək XI İoanın atası olmuşdur. Bu baxımdan, onun pontifikliyi müasirləri tərəfindən "qaranlıq, utancverici və amansız" kimi təsvir edilmişdir. Wilkes. 31 October 2001. http://www.law.uga.edu/academics/profiles/dwilkes_more/his31_cadaver.html «The Cadaver Synod: The Strangest Trial in History». Flagpole Magazine. p. 8. Collins, pg. 175 O, öz əcəli ilə vəfat etmişdir. Erkən karyerası Sergiy Benediktin oğlu idi Platina Bartolomeo. The Lives of the Popes From The Time Of Our Saviour Jesus Christ to the Accession of Gregory VII. Griffith Farran & Co.. London. Pages: 243–244. volume I. 1479. http://www.archive.org/details/thelivesofthepop01platuoft. 2013-04-25 və ənənəvi olaraq Romanın zadəgan ailəsindən çıxdığı güman edilirdi, lakin bir çox araşdırmaçılar onu əslində Tuskulum qraflığının hakimi I Teofilaktın ailə üzvü olduğunu irəli sürürlər.
O, Papa I Marinus tərəfindən ipodyakon (aşağı dərəcəli keşişin köməkçisi) və Papa V Stiven (VI) tərəfindən dyakon təyin edilmişdir. Mann, pg. 119 Roma Papası Formozun (891-896) pontifikliyi dövründə o, papalığa müxalifətdə olan İmperator Lamberti dəstəkləyən zadəganlar partiyasının üzvü olmuşdur. Canduci, pgs. 221—222 Formoz 893-cü ildə Sergiyi Romadan uzaqlaşdırmaq üçün onu Serveterinin yepiskopu təyin etmişdir. Mann, pgs. 119—120 896-cı ildə Formozun vəfatından sonra o, Serveteri kilsələrinə rəhbərlik etməyi dayandırmışdır, çünki Papanın bütün təyinatları etibarsız elan edilmişdir. Mann, pgs. 81 & 120 Buna baxmayaraq, Papa II Teodor tezliklə bütün təyinatları təsdiqləmişdir Mann, pg. 88 və bundan sonra Sergiy Roma Papası olmuş Formozun cəsədini mühakimə edən “Cəsəd Sinodu”nda fəal iştirak etmişdir. Norwich, John J., The Popes: A History (2011), pg. 74
898-ci ildə Papa II Teodor vəfat etdikdən sonra mərhum Formozun tərəfdarları partiyası IX İohanı Roma Papası seçmişlər, müxalifətdə olan partiya isə Sergiyi papa seçmişdir. Mann, pgs. 92-93 İmperator Lambertin dəstəyi ilə IX İoann uğurla papalıq taxtına çıxarılmış və onun atdığı ilk addım Sergiy və onun ardıcıllarını papalıq administrasiyasından uzaqlaşdıracaq sinod (yığıncaq) çağırmaq olmuşdur. Mann, pg. 93 Bundan sonra Sergiy Toskananın markqrafı II Adalbertin himayəsi altında Serveteriyə sürgünə göndərilmişdir. Mann, pg. 120
903-cü ildə antipapa Kristofer qanuni Papa V Levi Romadan qovduqdan sonra, Sergiy nüfuzlu himayədarı I Alberik və Tuskulum qrafı I Teofilaktın dəstəyi ilə Romaya sahib olmağa can atmışdır. I Teofilakt antipapa Kristoferə qarşı üsyan qaldırmış və Sergiyə Romaya qayıdıb Papa olmağı təklif etmişdir. Mann, pg. 113; DeCormenin, pg. 281 Sergiy bu təklifi qəbul etmiş və II Adalbertin silahlı dəstəyi ilə Romaya daxil olmuşdur. Həmin vaxtı Kristofer artıq I Teofilakt tərəfindən zindana atılmışdır. Beləliklə, Sergiy 29 yanvar 904-cü ildə papalıq taxtına çıxmış və tarixdə Papa III Sergiy kimi tanınmışdır. Mann, pg. 121
Papa III Sergiy yeni himayədarı I Teofilaktı səxavətlə mükafatlandıraraq onu sacri palatii vestarius - papalıq gəlirləri və himayəsinə cavabdeh olan şəxs elan etmişdir. Bundan sonra bütün real güc faktiki olaraq Romanın diktatoru və öz hökmranlığını genişləndirmək üçün pontifikdən marionet kukla kimi istifadə etmiş I Teofilaktın əlində cəmlənmişdir. Güclər balansındakı bu dəyişikliyin bəlkə də ilk bariz əlaməti III Sergiyin iki sələfi - Papa V Lev və antipapa Kristoferin taleyləri olmuşdur.
Formoz partiyasının tərəfdarı olmuş salnaməçi Yevgeni Vulqarinin yazdığına görə, III Sergiy ondan əvvəlki papaların hər ikisini 904-cü ilin əvvəllərində həbsxanada boğdurmuşdur. Eugenius Vulgarius, De Causa Formosiana, xiv. Digər mənbələrə görə, antipapa Kristoferə monastır əhdləri almağa və təqaüdə çıxmasına icazə verilmişdir. Gregorovius, pg. 243 Papa V Lev və antipapa Kristoferin öldürülməsi əmrini verən və ya III Sergiyi müvafiq fərmanlar imzalamağa sövq edən, çox güman ki, I Teofilakt olmuşdur. Mann, pgs. 114—116; & 138; Gregorovius, pgs. 252—254 Pontifikliyi müddətində III Sergiy qraf I Teofilakt ailəsinə və aristokratik partiyanın hakimiyyətinin möhkəmlənməsinə böyük töhfələr vermişdir. O, aristokratik partiya üzvlərini kilsədə rəhbər və nüfuzlu vəzifələrə təyin etmişdir. Gregorovius, 1895. pgs. 243—244 İtaliyadakı fəaliyyəti III Sergiy Papa Formozun bütün təyinatlarını ləğv etmiş və onun seçdiyi yepiskopların yenidən təyin edilməsini tələb edən sinod çağırmışdır. İddia edilir ki, o, sinodda Roma ruhanilərini qovmaqla, zorakılıqla və rüşvətlə hədələməklə onların razılığını ala bilmişdir. Mann, pg. 122 Sinodun qərarı yerli səviyyədə yepiskoplar arasında narazılığa səbəb olmuş və onlardan bəziləri Romaya, sinodun iclasına gəlməkdən imtina etmişlər. Bir qismi isə öz narazılığını yazılı şəkildə məktubla göndərmişdir. III Sergiyin vəfatından sonra onun çıxartdığı qərarlar və həyata keçirdiyi təyinatların hamısı ləğv edilmişdir. Mann, pgs. 122—125; DeCormenin pgs. 282—283
Formozun partiyasına müxalif olanların davamlı dəstəyini təsdiqləyən III Sergiy “Cəsəd Sinodu”na cavabdeh olan və Formozun cəsədini təhqir edən Roma Papası VI Stefanı (896-897) mükafatlandıraraq onun qəbirdaşı üçün tərifli sözlər əks olunmuş daş kitabə düzəltdirmişdir. Mann, pgs. 83 & 121 O, həmçinin VI Stefandan (VII) sonra bütün papaları antipapa elan etmiş və “Cəsəd Sinodu”nun fərmanlarının etibarlılığını bəyan etmişdir.
Əsrlər boyu hesab edilirdi ki, III Sergiy Formozun parçalanmış cəsədini yenidən eksqumasiya etmiş, cəsədi mühakimə edərək başını kəsdirmiş və faktiki olaraq ikinci “Cəsəd Sinod”u keçirmişdir. Platina, Bartolomeo, The Lives of the Popes From The Time Of Our Saviour Jesus Christ to the Accession of Gregory VII Vol. I (1888), pg. 243 Lakin bu fikrin ilk daşıyıcısı Kremonalı salnaməçi Liutprand olmuşdur. O, səhvən “Cəsəd Sinodu”nu Papa VI Stefana yox, Papa III Sergiyə aid etmişdir. Mann 1910, p. 83
III Sergiy və I Teofilakt imperator III Lüdoviqin nominal hakimiyyətini dəstəkləməmişlər, eyni zamanda, onun rəqibi I Berenqara Müqəddəs Roma İmperatoru titulu vermək istəməmişlər. Canduci, pgs. 222—223 Sonradan, III Sergiy 906-cı ildə I Berenqarı İmperator elan edərək onun başına tac qoymağa razılıq vermişdir. I Berenqar da öz növbəsində Papanın tərəfinə keçərək Romanı tutmaq istəyən Spoletski hersoqu I Alberik və Toskana markqrafı II Adalbertə qarşı vuruşmuşdur, halbuki, onların hər ikisi Papa III Sergiyin tərəfində olmuşlar, sadəcə olaraq Papanın I Berenqarı İmperator elan etmək qərarını dəstəkləməmişlər.
907-ci ildə İstriyanın markqrafı Albuin papalığa məxsus olan torpaqları İoandan almağa çalışarkən Ravennanın arxiyepiskopu III Sergiyə məktub yazaraq ondan bu işə əncam çəkməsini xahiş etdmişdir. Mann 1910, pp. 126–127 Albiun III Sergiyin müraciətinə məhəl qoymadıqda, o, 910-cu ildə Pola yepiskopuna belə bir məktub yazmışdır: "Mən heç vaxt (İmperator) tacını Berenqara verməyəcəm, ta o vaxta qədər ki, o, İstriya hakimi Albuindan hakimiyyəti alıb daha yaxşı bir adama ötürəcək" Mann 1910, p. 127
III Sergiy 896-cı ildə zəlzələ nəticəsində dağılmış Lateran kilsəsini bərpa etmiş və antipapa Kristoferin göstərişi ilə düzəldilmiş bəzəkləri yığışdırmışdır. III Sergiy kilsədəki freskaları və xaçları bərpa etmiş, eyni zamanda divarları yeni freskalarla bəzətdirmişdir. Mann, pgs. 134—136; Gregorovius, pgs. 245—246 905-ci ildə o, saratinlərin işğalı nəticəsində xarabalığa çevrilmiş Silva Kandida kilsəsinin bərpası üçün vəsait ayırmışdır. Mann, pgs. 127—128 Papa III Sergiy, həmçinin macarların hücumundan əziyyət çəkmiş Nonantola abbatlığının bərpasına kömək etmişdir. Nəhayət, o, Qərbi və Şərqi Fransadakı ayrı-ayrı monastır və kilsələrə bir sıra imtiyazlar vermişdir. Mann, pgs. 128—129 Konstantinopol ilə əlaqələri III Sergiy sələfləri kimi Şərq kilsəsinin razılaşmadığı Nikey yığıncağında qəbul edilmiş inanc simvolu sayılan “Filoque”ni (Müqəddəs Ruhun təkcə Allahdan deyil, həmçinin Ata və Oğuldan gəldiyinə inanc) müdafiə etməyə davam etmişdir. 909-cu ilin iyun ayında Sinodda iştirak edən Papanın nümayəndələri Bizansın mövqeyini tənqid etmişlər:Mann, pg. 130
Təxminən bir əsr keçəndən sonra bu bəyanat Konstantinopol Patriarxı II Sergiy tərəfindən Roma Papası III Sergiyin adının 'Diptix'lərdən çıxarılmasına səbəb olmuşdur. Mann, pgs. 130—131
Lakin III Sergiyin papalığı dövründə Konstantinopolla münasibətlərdə əsas problem Bizans imperatoru VI Levin dördüncü evliliyi məsələsi olmuşdur. İmperator VI Lev Zoye Karbonopsina ilə evlənmək istəmiş və Konstantinopol Patriarxı Nikolay Mistikin tənqidindən sonra III Sergiyə müraciət etmişdir. Papa Konstantinopola leqatlarını (leqat - Roma Papasının hər hansı bir əyalətdə, bölgədə, yerli kilsədə və ya kilsə şurasında fəaliyyət göstərən şəxsi nümayəndəsi) göndərmiş və dördüncü evliliyin kilsə tərəfindən qınanmadığını əsas gətirərək İmperatorun lehinə qərar vermişdir. Treadgold, Warren A History of the Byzantine State and Society (1997), pg. 468 Patriarx Nikolay bu qərarı qəbul etməkdən imtina etmiş və VI Levi kilsədən xaric etmişdir. Maroziya ilə iddia edilən əlaqələri III Sergiyin "papa sarayını məşuqələrlə və qeyri-qanuni uşaqlarla doldurduğu və papa sarayını oğru yuvasına çevirdiyi" deyilir. Kremonalı salnaməçi Liutprand yazırdı ki, III Sergiy Tuskulum qrafı I Teofilaktın arvadı Teodoranın sevgilisi olmuşdur. Roma Papası seçildikdən sonra Teodora qızı Maroziyanı III Sergiyin məşuqəsi etmişdir. Bu münasibətdən III Sergiyin oğlu olmuşdur. Gələcəkdə həmin uşaq Roma Papası seçiləcəkdi və XI İoann (931-935) kimi tanınacaqdı. Gregorovius, pgs. 244—245; Mann, pg. 137
Kremonalı salnaməçi Liutprand bu iddianı baş vermiş hadisələrdən 50 il sonra yazdığına görə onun dediklərini ciddiyə almamışlar, lakin digər məsələ bu şübhələrə son qoya bilər. Belə ki, Maroziya 909-cu ildə Spolet hersoqu I Alberik ilə rəsmi nikah bağlamışdır. 910-cu ildə onun ilk uşağı, oğlu doğulmuşdur. Gibbon, Edward, Milman, H. H., The History of the Decline and Fall of the Roman Empire, with Notes Vol. 3 (1841), pg. 518 O dövrün qaydalarına görə ailənin böyük oğlu atasının mirasına yiyələnməli idi, lakin hersoq titulunu onun ikinci oğlu, Alberik almışdır, böyük oğul isə kilsədə karyera qurmaq üçün papa administrasiyasına göndərilmişdir. Bu baxımdan, bir çox araşdırmaçılar XI İoanı III Sergiyin qeyri-qanuni nikahdan doğulmuş oğlu olduğunu deyirlər.