Yelena Qianini Belotti (; ) — İtaliyalı yazıçı, müəllim və ictimai xadim. O, XX əsrin əhəmiyyətli feminist yazarlarından və təhsil sahəsində dəyişikliyə təkan verən düşüncə adamlarından biri hesab olunur.

Həyatı və yaradıcılığı Yelena Qianini Belotti 1929-cu ildə Romada anadan olub. O, bütün ömrünü qadın haqqları və uşaq təhsili kimi önəmli məsələlərə həsr edib. O, uşaqlıqdan etibarən cəmiyyətdə qadınlara və kənd mənşəli insanlara olan yanaşmanı tənqid edərək, tədricən bu mövzularda dərin araşdırmalar aparıb. O, "Qız uşaqlarının tərəfindən" () əsəri ilə məşhurlaşıb. Bu əsər gender stereotiplərinin qız uşaqlarının tərbiyəsinə olan təsiri haqdadır. Kitabda cəmiyyətin uşaqların davranışı və özünə inamına necə təsir etdiyini vurğulayaraq, gender bərəbərliyi məsələlərini çox açıq formada izah edir.

Belottinin tədqiqatları qadın höquqları sahəsində çəx vacibdir. O, qız uşaqlarının küçük yaşlardan ayrı-seçkiliyə məruz qaldığını və bu təzyiqlərin onlara cəmiyyətdə necə maneə yaratdığını vurğulayırdı. Onun fikrincə, təhsil sistemi və ailə daxilində genderə dəyər verməyin yolları dəyişdirilməlidir.

Yelena Qianini Belotti 24 dekabr 2022-ci ildə Romada 93 yaşında vəfat edib.

Mükafatları Napoli Mükafatı (1985) Rapallo Carige mükafatı (2001) Qrinsane Kavur mükafatı (2004) "İtaliya qarşısında xidmətlərə görə" ordeni (2010)

Əsərləri Dalla parte delle bambine. L'influenza dei condizionamenti sociali nella formazione del ruolo femminile nei primi anni di vita (1973) Che razza di ragazza (1979) Prima le donne e i bambini (1980) Non di sola madre (1983) Il fiore dell'ibisco (1985) Amore e pregiudizio. Il tabù dell'età nei rapporti sentimentali (1988) Adagio un poco mosso (1993) Pimpì oselì (1995) Apri le porte all'alba (1999) Voli (2001) Prima della quiete. Storia di Italia Donati (2003) Pane amaro. Un immigrato italiano in America (2006) Cortocircuito (2008) L'ultimo Natale (2012) Onda lunga (2013)

İstinadlar

Ədəbiyyat Le donne italiane. Il chi è del '900, a cura di Miriam Mafai, Milano, Rizzoli, 1993, ISBN 9788817842297 Cristiana di San Marzano, Dalla parte di una bambina. Elena Gianini Belotti, in AA. VV. Donne nel Sessantotto, Bologna, Il Mulino, 2018, pp.45–59 Carlotta Cossutta, Dolce o violenta che sia. Elena Gianini Belotti, Milano, Electa, 2023 Roberta Ortolano, Samanta Picciaiola, Sono stata anch'io bambina. Dialoghi con Elena Gianini Belotti, Roma, Tab edizioni, 2023

Xarici keçidlər

Kateqoriya:İtaliyanın qadın yazıçıları Kateqoriya:İtaliya pedaqoqları Kateqoriya:XX əsr İtaliyanın qadın yazıçıları Kateqoriya:XXI əsr İtaliyanın qadın yazıçıları Kateqoriya:Roma şəxsləri