Mina Suvari (; ) — amerikalı aktrisa, prodüser və model Aldığı mükafatlara Primetime Emmi Mükafatı və BAFTA Mükafatına namizədliklə yanaşı Ekran Aktyorları Gildiyası Mükafatı da daxildir.
Bir model kimi karyerasına başlayandan və bir neçə televiziya şousunda qonaq kimi iştirak etdikdən sonra Suvari 1997-ci ildə "Heç bir yerdə" qara yumor-dram filmində debüt etdi. O, tənqidçilərin müsbət rəyini almış "Amerikansayağı gözəllik " (1999) filmində Anjela rolunda çıxışı ilə beynəlxalq şöhrət qazandı, buna görə o , Ən Yaxşı Köməkçi Aktrisa üçün BAFTA nominasiyasını aldı. Onun digər diqqətəlayiq baş film rollarına Amerikan piroqu, Beverli Hillsin gecəqonduları (1998), Zavallı (2000), Şəkər və ədviyyat (2001), Müşketyor (2001), Spun (2003), Sıxılmış (2007), Ölülər Günü (2008) və Siz gəlini öpməyə bilməzsiniz (2010) daxildir.
Televiziyada Suvari We TV fövqəltəbii qorxu serialında Cənub Cəhənnəmində (2015) Mariya Abaskal və Paramount sitkom Amerikalı qadın (2018) filmində Ketlin Kallaqan kimi əsas rolları oynayıb. Suvari, HBO-nun Six Feet Under (2004) dram serialının dördüncü mövsümündə Edie rolunu oynadı, buna görə o , Ekran Aktyorları Gildiyası nominasiyasını qazandı. O, həmçinin American Horror Story: Murder House (2011) antologiya seriyasında Elizabet Şort obrazını canlandırıb.
Filmoqrafiya
Qızları öp (1997) Amerikansayağı gözəllik (1999) Amerika piroqu (1999) Zavallı (2000) Amerikan qorxu hekayəsi (2011) Amerikan qorxu hekayəsi: Qatil ev (2011)
İstinadlar
Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1979-cu ildə doğulanlar