İlya Tufan oğlu Sadıqov () — Rusiyalı futbolçu, hücumçu. Həyatı "Ximki” klubunun səhmdarlarından biri olan iş adamı Tufan Sadıqovun oğludur.

İlya 2018-ci ildə həvəskarlardan ibarət "Olimp" futbol komandasının tərkibində Moskva Region zonasının B qrupunun qalibi olub.

2019/20 mövsümündə Ximki şəhərini təmsil edən bu komandanın heyətində PFL çempionatında çıxış edib. 2019-cu ilin aprel-iyul aylarında "Olimp-2"-nin tərkibində 13 oyun keçirib, Moskva vilayəti çempionatının A Liqasında iki qol vurub. O, 2020/21 mövsümünü PFL-in "Olimp-Dolqoprudnı" komandasında keçirib. 2021-ci ilin iyununda Premyer Liqanın "Ximki" klubuna keçib, çempionatda debütünü avqustun 16-da edib. "Soçi" ilə səfər oyununda (0:3), 90+1-ci dəqiqədə meydana çıxıb.

İstinadlar

Xarici keçidlər Чемпионат России по футболу 2024-2025 (РПЛ, Премьер-лига) -Илья Садыгов В высшей лиге в чемпионатах России - Садыгов Илья Туфанович

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Ximki FK futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları