Lixtenşteyndə Alman Milli Hərəkatı (, VDBL) — 1938–1945-ci illərdə Lixtenşteyndə fəaliyyət göstərmiş nasional-sosialist partiyası. VDBL Lixtenşteynin nasist Almaniyasına birləşdirilməsini istəyirdi və xüsusilə Avstriyada baş tutmuş anşlussdan sonra fəallaşaraq Lixtenşteyni eyni yola yönəltməyə çalışırdı. Partiya öz ideyalarını "Der Umbruch" qəzeti vasitəsilə yayırdı. Partiyanın şüarı "Liechtenstein den Liechtensteinern!" () idi və bu, xalqı knyaz II Frans İosifə sədaqətdən imtina etməyə çağırırdı.Peter Geiger, Die Rolle Feldkirchs und Vorarlbergs für Liechtenstein 1938/39, in: Rheticus, Vierteljahresschrift der Rheticus-Gesellschaft, Feldkirch 1998
1939-cu il seçkilərində iştirak edə bilməməsi və İkinci Dünya müharibəsinin gedişatında nasizmə simpatiyanın azalması partiyanın siyasi səhnədən uzaqlaşmasına səbəb olmuşdur.
24 mart 1939-cu ildə Teodor Şedlerin rəhbərlik etdiyi Lixtenşteyndə Alman Milli Hərəkatı dövlət çevrilişi cəhd etmişdir. Yerli kəndlilər nasistləri çəngəllər və yanğın şlanqları ilə geri çevirmişdilər. Knyaz II Frans İosif 1938-ci ildə iqamətgahını Vyanadan Lixtenşteynə köçürmüş ilk knyaz olaraq, 12 min nəfərlik təbəəsi üzərində hakimiyyətini davam etdirmişdir.
İstinadlar
Kateqoriya:Nasist Almaniyası ilə kollaborasionizm Kateqoriya:Lixtenşteyn İkinci Dünya müharibəsində Kateqoriya:Lixtenşteyndəki siyasi partiyalar