Şakir Həsənov () — Azərbaycan mühəndisi. Beynəlxalq "Sokrat" mükafatı laureatı.
Həyatı və təhsili Şakir Həsənov 15 iyun 1947-ci ildə Masallı rayonunun Boradigah kəndində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Boradigah kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş və 1965-ci ildə həmin məktəbi bitirmişdir.
Həmin il Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) daxil olmuş, 1976-cı ildə İnşaat mühəndisləri fakültəsini bitirərək tikinti-mühəndis ixtisasına yiyələnmişdir.
Fəaliyyəti 1969-cu ildə Azərbaycan Tikinti Sənaye Nazirliyinin 74 saylı Tikinti İdarəsində fəaliyyətə başlamışdır. 1971-ci ildən 12 saylı Tikinti İdarəsinə fəhlə kimi işə qəbul edilmiş, qısa müddətdə usta vəzifəsinə yüksəlmişdir. 1972-ci ildə 18 saylı Tikinti İdarəsinə iş icraçısı təyin olunmuş və Bakı şəhərində Kür su kanalının tikintisində mühəndis kimi çalışmışdır.
1981–1984-cü illərdə 1 №-li trestin MQ İdarəsində baş mühəndis vəzifəsində işləmişdir. 1983-cü ildə Nijni Novqorod şəhərində "Yüksək vəzifəli kadrların hazırlanması" kursunu bitirmişdir.
1984-cü ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Təmir Tikinti İdarəsinə sahə rəisi göndərilmiş, Abşeron və Masallı rayonlarının sovxoz və kolxozlarının tikintisində iştirak etmişdir. 1988-ci ildən Azərbaycan SSR "Xüsusi tikintiquraşdırma" Nazirliyinin Sumqayıt "Termoizolyasiya" Qİ-nə rəis təyin olunmuşdur. 2004-cü ildən müəssisə "AzTermoizol" ASC kimi fəaliyyət göstərmişdir. 1990–1995-ci illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur. Sumqayıtda yaşamış və 26 mart 2022-ci ildə vəfat etmişdir. Sumqayıt şəhərində kücəyə adı verilmişdir.
Mükafatları 1979–1980 — SSRİ Tikinti Nazirlər Kabineti tərəfindən "Ən yaxşı sahə rəisi" fəxri adı 1983 — SSRİ Tikinti Nazirlər Kabineti tərəfindən "Əməkdar mühəndis" fəxri adı 2004 — Avropa Nəşr və Mətbuat tərəfindən "İlin ən yaxşı müəssisə rəhbəri" diplomu 2009 — Azərbaycan Respublikası "Tərəqqi" medalı 2010 — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı 2019 — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Əmək" ordeni.
Beynəlxalq mükafatlar 2011 — Madrid, İspaniya: "Rəhbərlərin imicində və keyfiyyətində 38-ci Beynəlxalq mükafat" qızıl medalı, lisenziya və sertifikat 2012 — Paris, Fransa: "Mükəmməllik, İdeal, Keyfiyyət performansı Global Mükafatı" sertifikat və medal 2013 — London, Böyük Britaniya: "Ən yaxşı müəssisələr" Beynəlxalq Sokrat mükafatı və "İlin meneceri" qızıl medalı
İstinadlar
Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:2022-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunları