Loriculus camiguinensis — Tutuquşukimilər yarımfəsiləsinə aid quş növü. Ümumi məlumat Loriculus camiguinensis Filippinin Kamiqin adasına endemik olan tutuquşudur. Onun yaşayış mühiti getdikcə azalır. Kamiqindəki bu tutuquşu populyasiyasının taksonomiyası qeyri-müəyyəndir. Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) Qırmızı Siyahısı tərəfindən hələ qiymətləndirilməsə də, bu növün əsasən qəfəsdə saxlanılan quş ticarəti səbəbilə, təhlükə altında olduğu və populyasiyasının azaldığı güman edilir.

Loriculus camiguinensis əsasən yaşıl rəngdədir, boğazı, üzü və budları mavi, quyruğu və baş təpəsi isə qırmızıdır. Erkək və dişi quşlar eyni görünüşə malikdir ki, bu da Filippinə aid olan asma tutuquşuları üçün qeyri-adi haldır. Digər adalarda yaşayan bütün populyasiyalarda yalnız erkəklərin ön tərəfində qırmızı sahə var.

2006-cı ildə Mindanaonun şimal sahilində yerləşən Kamiqin adasında yaşayan Loriculus camiguinensis Filippinin Loriculus philippensisinin fərqli bir növ kimi təsvir edilmişdir. Bu növ mavi üzü, qırmızı baş təpəsi, daha uzun quyruğu və cinsi dimorfizmin olmaması ilə fərqlənir. Lakin onların taksonomiyasını aydınlaşdırmaq üçün daha çox araşdırma və DNT təhlili tələb olunur.

Qidası nektar, toxumlar, "Musa" cinsinə aid olan vəhşi bananlar, yumşaq meyvələr, giləmeyvələr və çiçəklərdən ibarətdir. Əsasən tək görünsə də, cüt və ya kiçik qruplar halında da rast gəlinir.

Çoxalma mövsümü sentyabr ilə noyabr ayları arasındadır. Ölmüş ağac qıjılarının boşluqlarında yuva qurur.BirdLife International 2008. . 2008 IUCN Red List of Threatened Species.

Qorunma statusu Bu növə yalnız dəniz səviyyəsindən 150 ilə 1.700 metr yüksəklikdəki düzənlik meşələrində və ikinci dərəcəli meşələrdə rast gələnir. Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) hələ bu növü müstəqil bir növ kimi tanımadığı üçün Kamiqin asma tutuquşusunu qiymətləndirməyib. Ümumilikdə qəbul edilir ki, bu növ təhlükə altındadır, çünki adada artıq nadirdir. Qanunsuz vəhşi təbiət ticarəti ilə ciddi təhdid altındadır. İstinadlar

Xarici keçidlər

Oriental Bird Images: Camiguin Hanging Parrot Selected photos

Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Asiya quşları