Arborophila javanica (Şabalıdqarın dağ kəkliyi) — Həmçinin "şabalıdqarın dağ kəkliyi" və ya "Yava dağ kəkliyi" kimi tanınan, kiçik ölçülü, uzunluğu 28 sm-ə qədər olan bir kəklik növü.

Təsvir

Bu növün qırmızımtıl baş və boyun hissəsi, qırmızı ayaqları, boz döşü, qəhvəyi qanadları, qırmızı üz dərisi və qara maskası, boğazı və dimdiyi var. Qarın hissəsi qırmızımtıldır və ortasında ağ ləkə var. Cinslər oxşar görünüşə malikdir. Cavan fərdlərin üzü ağ rəngdədir və dimdiyi qırmızımtıl-qəhvəyi rəngdədir.

Yayılması

İndoneziyaya endemik olan şabalıdqarın dağ kəkliyi Yavanın qərb və şərq dağ meşələrində yayılmışdır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:1789-cu ildə təsvir edilən quşlar Kateqoriya:İohann Fridrix Gmelin tərəfindən adlandırılmış taksonlar Kateqoriya:İndoneziya quşları