Ferqus Old (; ) — Böyük Britaniya diplomatı. Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri.
Karyerası
Ferqus Old 1999-cu ildən Britaniya Xarici İşlər Nazirliyində işləməyə başlayıb.
1999-2000-ci illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması Departamentində çalışıb.
2000-2002-ci illərdə Tay dili kurslarını bitirdikdən sonra 2002-2005-ci illərdə Britaniyanın Banqkokdakı səfirliyində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə ikinci katib.
2006-2008-ci illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin İqlim Dəyişikliyi və Enerji Departamenti.
2008-2011-ci illərdə Britaniyanın Hindistandakı səfirliyində İqlim Dəyişikliyi və Enerji Departamentinin rəhbəri və birinci katibi.
2011-2014-cü illərdə Moskva səfirliyində siyasi məsləhətçi.
2014-2015-ci illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Ekstremizmlə Mübarizə departamentinin rəhbəri.
2015-2017-ci illərdə Britaniya Xarici İşlər Nazirliyinin Birlik və İnkişaf departamentinin rəhbəri.
2017-2021-ci illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Cənubi Asiya Departamentinin rəhbəri.
10 oktyabr 2022-ci ildən Fergus Auld Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiridir.
İstinadlar
Xarici keçidlər FergusAuldFCDO İnstaqram Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi internet səhifəsi İkitərəfli əlaqələr
Kateqoriya:Birləşmiş Krallığın Azərbaycandakı səfirləri Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Birləşmiş Krallığın xarici siyasəti Kateqoriya:Azərbaycan–Birləşmiş Krallıq münasibətləri