Gallotia stehlini (Qran Kanariya nəhəng kərtənkələsi) — "Lacertidae" fəsiləsinə aid olan bir kərtənkələ növü. Bu növə Kanar adalarında rast gəlinir.
Etimologiya
Növün xüsusi adı olan "stehlini", İsveçrəli paleontoloq Hans Georq Stehlinin şərəfinə verilmişdir. Stehlin növün holotip nümunəsini toplamışdır.Beolens, Bo; Watkins, Michael; Grayson, Michael (2011). The Eponym Dictionary of Reptiles. Baltimore: Johns Hopkins University Press. xiii + 296 pp. . (Gallotia stehlini, p. 252).
Təsvir
"G. stehlini" quyruq daxil olmaqla 80 sm (31 düym) uzunluğa qədər böyüyə bilir. Bu, "Lacertidae" fəsiləsinin ən iri reptillərindən biridir. Növ müxtəlif boz, qəhvəyi və qırmızı rənglərdə ola bilir. Dişilərdən fərqli olaraq, erkəklər iri yanaqlara, güclü başa və ümumilikdə daha böyük bədən kütləsinə malikdir.
Coğrafi yayılması və yaşayış mühiti
"G. stehlini" İspaniyanın Kanar adalarından Qran-Kanariyaya endemikdir, lakin Fuerteventura adasına introduksiya edilmişdir. "G. stehlini"nin təbii yaşayış mühitlərinə mülayım kolluqlar, Aralıq dənizi tipli kolluqlu bitkilər, qayalıq ərazilər, qayalıq sahillər və otlaqlar daxildir. Bu növ dəniz səviyyəsindən 1,850 metr (6,070 fut) yüksəkliyə qədər olan ərazilərdə tapıla bilər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1901-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:1901-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Əsl kərtənkələlər