Gallotia galloti (Gallot kərtənkələsi) — ümumi adları ilə "Gallot kərtənkələsi", "Tenerife kərtənkələsi" və "Qərbi Kanar kərtənkələsi", "Gallotia" cinsinə aid olan bir divar kərtənkələsi növü. Bu növ Kanar adalarından Tenerife və La Palmaya endemikdir. Cinsinin digər iri növlərindən fərqli olaraq, "G. galloti" çox yayılmış bir heyvandır. Dörd tanınmış yarımnövü var.
Təsvir
"G. galloti" növünün erkəkləri dişilərdən daha iridir, güclü erkəklər 40 santimetr (16 düym) uzunluğa çata bilir (burundan quyruğa qədər). "G. galloti palmae" yarımnövünün erkəkləri maksimum 30 santimetr (12 düym) uzunluğa çatır. Bütün yarımnövlərin yetkin erkəkləri baş və yan tərəflərində xarakterik açıq mavi ləkələrə malikdir, bəzən bədənində mavi nöqtələr də olur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1839-cu ildə təsvir edilən sürünənlər Kateqoriya:Afrika sürünənləri Kateqoriya:Əsl kərtənkələlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1839-cu ildə təsvir edilən heyvanlar Kateqoriya:Tenerife