Təbriz Amerikan Memorial Məktəbi (İngiliscə: American Memorial School in Tabriz; Farsca: مدرسه مموریال آمریکایی تبریز) — 1881-ci ildə Təbrizdə təsis edilmiş və şəhərin ən qədim modern təhsil ocaqlarından biri olmuşdur. İranın ilk modern məktəblərindən biri olan Amerikan Memorial Məktəbi Amerika presviterian missionerləri tərəfindən idarə edilirdi.

Məktəbin tanınmış müəllimlərindən biri amerikalı pedaqoq Hovard Baskervil idi. O, Məşrutə inqilabı dövründə məşrutəçilərlə birgə döyüşdə iştirak etmiş və həlak olmuşdur. Bu məktəb XIX əsrin ortalarından etibarən Təbrizdə fəaliyyət göstərən Amerika missioner heyətlərinin yaratdığı təhsil müəssisələrindən biri idi. Məktəbdə 80 müsəlman, 135 nəfər isə erməni və assuri xristian şagird təhsil alırdı. Məktəbin müdiri Samuel G. Wilson illik hesabatlarından birində belə yazırdı:

Çox qəribədir ki, sinifdə iştirak siyahısını oxuyanda adların yarısından çoxunun sonunda ‘xan’ titulunu, atalarının adlarında isə ‘İzzət əs-Səltənə’ və ya ‘Fəxr ən-Nizam’ kimi titulları görürsən... Biz yalnız bu xalqın rəhbərlərinə deyil, həm də yeni məktəblər üçün müəllimlər yetişdiririk. Tarixi thumb|Vəliqulu Dilfaniana verilmiş məktəb diplomu. 1923-cü ilə aid bu sənəddə məktəbin direktoru və müəllimlərinin adı, məktəbin 1923-cü ilə aid kurs siyahısı göstərilir. Bu təhsil ocağı, Təbrizdə presviterian məzhəbli Amerika missionerləri tərəfindən yaradılan ilk məktəb olub, "Memorial" (“Yadigar”) adı ilə fəaliyyətə başlamışdır.

Mənbələrdə məktəbin təsis tarixi ilə bağlı müxtəlif rəqəmlər göstərilir. Rza Əmin Sobhani onun fəaliyyətə başlanmasını 1879-cu ilə aid edir. Hüseyn Ümid isə açılışı 1884-cü il kimi göstərir və əlavə edir:

...Məktəbin ilk illərində xüsusi bir əhəmiyyəti yox idi. Burada əsasən erməni şagirdlər oxuyurdu və onların sayı da çox məhdud idi. Lakin sonralar məktəb əhəmiyyət qazandı, müsəlman şagirdlər də burada təhsil almağa başladılar. Məşrutə dövründən və mədəniyyət hərəkatından sonra isə Memorial məktəbinin rolu daha da artdı. left|thumb|Məktəbin direktoru olmuş Samuel Qraham Vilson. Təbrizdə fəaliyyət göstərən "Şahin" qəzetinin yazdığına görə, məktəbin təsisinin 100 illiyi münasibətilə 1315-ci il xordad ayının 10-da (miladi 1936, 31 may) bazar günü saat 18:00-da min nəfərdən artıq iştirakçının iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Həmin dövrdə məktəb "Səba" adı ilə tanınırdı. Eyni mənbədə məktəbin açılış tarixi 1836-cı ilə aid edilir.

Digər tərəfdən, Təbrizin "Əlhədid" qəzetinin 1324-cü ilin rəcəb ayının 6-da verilən elan belədir:Shāhin, sāl-i haftom, shomārah-yi 296, 14 Khordād 1315/4 June 1936, be-naql az Mashayir-i Āzarbāyjān, s. 358.

Amerikan Memorial Məktəbi yay tətilinə görə bağlanmışdı. Məktəb 16 rəcəb tarixində yenidən açılacaq. Uşaqlarını məktəbə göndərmək istəyən valideynlərin müraciəti minnətdarlıqla qəbul olunacaqdır. Tədris ediləcək fənlər bunlardır: fars dili, ərəb dili (xüsusi diqqət və səy ilə), ingilis, fransız, rus dilləri və müxtəlif elmlər. Fransız dili tədrisinin daha mükəmməl olması üçün Fransa əsilli müəllim gətiriləcək və məktəbin açılışına qədər Təbrizə çatacaqdır. Təhsil almaq istəyənlər, məktəbin başlanğıcına qədər gələrək adlarını qeyd etdirməlidirlər...

Məşrutə inqilabı dövründə Amerikan Memorial Məktəbi, Təbrizdə siyasi qarşıdurmaların gücləndiyi və şəhərin daxili çəkişmələrə sürükləndiyi dövrdə neytral məkan kimi fəaliyyət göstərirdi. Məktəbin müdiri Samuel Vilson şəhərdəki qarışıqlıqların məktəb mühitinə sirayət etməsinin qarşısını almağa çalışırdı. Onun əsas məqsədi məktəbin nüfuzunu qorumaq və hər hansı siyasi tərəflə əlaqələndirilməmək idi.

İnqilabın ilk mərhələlərindən etibarən Vilson ailəsi məktəbin tədris cədvəlini davam etdirmək qərarı vermişdi. Bununla belə, tələbələr arasında inqilabi meyllərin artmasının qarşısını almaq çətin idi. Məktəbin müəllimləri arasında Mirzə Ənsari və Həsən Şərifzadə kimi konstitusiya hərəkatına açıq dəstək verən şəxslərin olması tələbələrdə siyasi fəallığın güclənməsinə təsir göstərirdi. Eyni zamanda Məşrutə inqilabının məşhur şəhidlərindən biri olan Hovard Baskervil Amerikan Memorial Məktəbində ingilis dili və tarix müəllimi olaraq çalışmaqda idi.

Beləliklə, Memorial Məktəb həm təhsil müəssisəsi kimi fəaliyyətini davam etdirmiş, həm də Təbrizdəki Konstitusiya Hərəkatı dövründə ictimai-siyasi mühitlə dolayı şəkildə əlaqəli olmuşdur.

Əhməd Kəsrəvi yazır:

Məşrutə hərəkatından əvvəl və hərəkatın ilk illərində Təbrizdəki Amerikan Məktəbi azadixahlar arasında böyük hörmət qazanmışdı. Çünki bu məktəb ingilis dili və Avropa elmlərinin tədris olunduğu yeganə mərkəz idi və çoxlu sayda ayıqfikirli gənclər buraya gəlirdi. Həmin dövrdə məktəbin Məşrutə hərəkatı ilə əlaqəsini daha da gücləndirən bir hadisə baş verdi: məktəbin müəllimlərindən olan amerikalı Hovard Baskervil mücahidlərə qoşuldu və Azərbaycanın azadlığı, İranın məşrutiyyəti uğrunda şəhid oldu.

Bağlanması thumb|Məktəbin binası. “Tarixi-fərhəngi Azərbaycan” mənbəsinin verdiyi məlumata görə, Memorial Məktəbi də digər xarici məktəblər kimi 1318-ci ildə (1939) İran Mədəniyyət Nazirliyinin əmri ilə bağlandı və məktəb "Pərvin" adlandırıldı. Sonrakı dövrlərdə məktəbin geniş ərazisi bir neçə hissəyə bölünərək müxtəlif ictimai və təhsil müəssisələrinin yerləşdirilməsi üçün istifadə olundu. Burada Memorial idman meydanı, sonralar isə Rəsalət orta məktəbi, Nübüvvət orta məktəbi, Nəsr hazırlıq məktəbi, Həmzə idman zalı, Şəhid Tuvana uşaq bağçası, Təbriz Protestant kilsəsi, eləcə də Şəriəti cənubi küçəsinin (keçmiş Şahnaz küçəsi) qərb və cənub-qərb hissələrində bir sıra dükan və otaqlar fəaliyyətə başladı. Pərvin məktəbinin həyətində yerləşən tarixi Memorial binasının üzərinə sonrakı illərdə müxtəlif tikililər əlavə olundu. 1979 inqilabından sonra isə Pərvin məktəbinin adı dəyişdirilərək "Tohid orta məktəbi" qoyuldu. Hal-hazırda məktəb 3 ayrı-ayrı orta məktəbə bölünmüşdür. Lakin Memorial MƏktəbin əsas binası Pərvin Məktəbinin binası olaraq fəaliyyət göstərməyə davam edir. Futbol komandası Məktəbin keçmişdə peşəkar futbol komandası da olmuşdur. Bu komanda İran futbol çempionatında 4 dəfə iştirak etmiş və 3 dəfə kubokun finalına çatmağı bacarmışdır.

Məşhur məzunları

Əhməd Kəsrəvi Seyid Həsən Tağızadə Qeydlər

Həmçinin bax Rüşdiyyə məktəbi

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Təbriz tarixi Kateqoriya:Təbriz Kateqoriya:ABŞ–İran münasibətləri Kateqoriya:1881-ci ildə yaradılmış təhsil müəssisələri