Tarentola boettgeri (Byottger divar gekonu) — Ümumiyyətlə "Qran Kanariya gekonu" kimi tanınan, "Phyllodactylidae" fəsiləsinə aid olan bir kərtənkələ növü. Bu növ Kanar adalarına və Selvagens adalarına məxsusdur. Üç tanınmış yarımnövü var.
Etimologiya
Növün xüsusi adı olan "boettgeri", alman herpetoloq Oskar Byottgerin şərəfinə verilmişdir. Yarımnövün adı olan "bischoffi" isə alman herpetoloq Volfqanq Bişoffun şərəfinə verilmişdir.Beolens, Bo; Watkins, Michael; Grayson, Michael (2011). The Eponym Dictionary of Reptiles. Baltimore: Johns Hopkins University Press. xiii + 296 pp. . (Tarentola boettgeri, p. 29; T. bischoffi, p. 26).
Coğrafi yayılması və yaşayış mühiti
"T. boettgeri" Kanar adalarından Qran-Kanariya (T. b. boettgeri) və İerro (T. b. hierrensis) adalarına məxsusdur. İspaniyanın Qalisiya regionunda introduksiya edilmiş populyasiya mövcuddur. "T. b. bischoffi" yarımnövü Selvagens adalarına endemikdir. "T. boettgeri"-nin üstünlük verdiyi yaşayış mühitlərinə kolluqlu bitkilər, qayalıq ərazilər, qayalıq sahillər və kənd bağları daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1891-ci ildə təsvir edilən heyvanlar Kateqoriya:Avropa sürünənləri