Amerika Kino Şirkətləri Assosiasiyasının film reytinq sistemi və ya Amerika Kino Assosiasiyasının reytinq sistemi () — ABŞ-də qəbul olunmuş film məzmununun qiymətləndirilməsi sistemi olub, Amerika Kino Şirkətləri Assosiasiyası (qısaca: MPAA) tərəfindən tətbiq edilmişdir. Filmin aldığı reytinqdən asılı olaraq, tamaşaçı auditoriyası müəyyən mənada məhdudlaşdırıla bilər, yəni uşaqlar və yeniyetmələrin filmə baxışına məhdudiyyət qoyula bilər. Amerika Kino Şirkətləri Assosiasiyasının reytinq sistemi filmin kinoprokatdakı taleyində mühüm əhəmiyyət daşıyır. Bu sistem 1 noyabr 1968-ci ildə qüvvəyə minmiş və bəzi cüzi dəyişikliklərlə bu günədək istifadə edilməkdədir.

Tarixi məlumatlar

1968-ci ilin noyabrında hazırkı reytinq sisteminin ilk variantı qəbul edilmişdir:

G — yaş məhdudiyyəti yoxdur ( — ümumi auditoriya üçün);

M — hər yaş qrupu üçün, lakin uşaqlar böyüklərin müşayiəti ilə baxa bilər ( — yetkin auditoriya üçün);

R — 16 yaşına çatmamış şəxslər yalnız valideynlərinin müşayiəti ilə seansa buraxılır ( — 16 yaşadək şəxslərə böyüklərsiz giriş qadağandır);

X — 17 yaşına çatmamış şəxslər seansa buraxılmır ().

1969-cu ildə M reytinqi GP (, yəni valideyn nəzarəti ilə ümumi auditoriya üçün) adlandırılmış, 1970-ci ildə isə PG ( — valideyn nəzarəti tövsiyə olunur) ilə əvəz edilmişdir.

1984-cü il iyul ayının 1-dən etibarən PG reytinqi iki hissəyə bölünmüşdür: PG və PG-13.

1990-cı ilin noyabr ayında R reytinqinə müvafiq ola biləcək səhnələr barədə açıqlama verilmişdir: zorakılıq, söyüş, çılpaq bədən və narkotik istifadəsi. Həmçinin PG ilə PG-13 arasındakı fərqlər də ətraflı izah olunmuşdur. X reytinqi isə NC-17 ilə əvəz edilmişdir.

Reytinq

Reytinq simvolu Mənasıorta|30px|G rating symbolG () Bütün yaş qrupları üçün uyğundur. (1968–indiyədək) (Ekvivalentləri: Video oyunları — EC, aşağı E; Televiziya: TV-Y, Aşağı TV-G)orta|54px|PG rating symbolPG () Bəzi məzmunları uşaqlar üçün tam uyğun olmaya bilər. (1972–indiyədək) (Ekvivalentləri: Video oyunları: Yüksək E, Aşağı E10 +; Televiziya: Yüksək TV-G, TV-PG)orta|95px|PG-13 rating symbolPG-13 () Bəzi məzmunları 13 yaşdan kiçik uşaqlar üçün uyğun olmaya bilər. (1984–indiyədək) (Ekvivalentləri: Video oyunları: Yüksək E10 +, T; Televiziya: Yüksək TV-PG, Aşağı TV-14)orta|40px|R rating symbolR () 17 yaşdan kiçik tamaşaçılar filmi yalnız valideyn və ya böyüklərin müşayiəti ilə izləyə bilərlər. (1968–indiyədək) (Ekvivalentləri: Video oyunları: M; Televiziya: Yüksək TV-14, Aşağı TV-MA)orta|85px|NC-18 rating symbolNC-17 () Yalnız böyüklər üçün nəzərdə tutulmuşdur. (1990–indiyədək) (Ekvivalentləri: Video oyunları: AO; Televiziya: Yüksək TV-MA)

Filmin reytinqinin müəyyənləşdirilməsi

MPAA reytinqinin müəyyənləşdirilməsi üçün hər bir filmə baxmaq məqsədilə xüsusi komissiya yaradılır. Komissiya filmi izlədikdən və müzakirə etdikdən sonra səsvermə keçirilir və filmin gələcək reytinqi təsdiqlənir.

Əgər prodüser heyəti və/və ya filmin rejissoru komissiyanın qərarı ilə razılaşmazsa, onlar apellyasiya verə bilərlər. Bu halda 14–18 nəfərdən ibarət yeni komissiya yaradılır. Komissiya filmi yenidən izləyir, apellyasiyada yaradıcı heyətin göstərdiyi iradları müzakirə edir. Filmin reytinqinə həlledici təsir göstərən səhnələr müəyyən edilir və rəsmi qərarla birlikdə filmin yaradıcılarına geri göndərilir. Daha sonra yaradıcı heyət müstəqil şəkildə qərar verir — həmin səhnələri silmək, yenidən çəkmək (montaj etmək) və ya komissiyanın qərarı ilə razılaşmaq.

İstinadlar

Xarici keçidlər

Classification and Ratings Administration Official Website with ratings database MPA Film Ratings website Amerika Kino Assosiasiyasının reytinq sisteminin rəsmi saytı Amerika Kino Assosiasiyasının saytında reytinq sistemi Reytinq sisteminin təsviri Hollywood Loves the 'R,' but the Big Money’s Rated PG-13

Kateqoriya:Əmtəə nişanları Kateqoriya:ABŞ kinematoqrafı Kateqoriya:Reytinq sistemləri Kateqoriya:Amerika Kino Şirkətləri Assosiasiyası Kateqoriya:1968-ci ildə ABŞ-də yarananlar Kateqoriya:1968-ci ildə tanıdılanlar Kateqoriya:Kinematoqrafik reytinqlər Kateqoriya:Film və video terminləri