Toxuculuq Muzeyi () – Niderlandın Tilburq şəhərində yerləşən toxuculuq muzeyi.
Tarixi Muzey 1860-cı illərdə tilburqlu yun parça istehsalçısı, toxucu Kristian Mommersin oğlu tərəfindən tikdirilmiş keçmiş parça fabrikinin binasında yerləşir. Muzey kompleksi müxtəif dövrlərdə tikilmiş bir neçə binadan ibarətdir. 2008-ci ildə muzeyin əsas binası üçün modern üslubda olan və şüşə örtükdən ibarət giriş bölgəsi inşa olunmuşdur.
Xüsusiyyətlər Muzey toxuculuq tarixinə həsr olunmuş sərgilərə və interaktiv tətbiqi zonalara ev sahibliyi edir. Yun yorğanı fabriki sərgisində 1900–1940-cı illərdə yundan yorğan toxumaq üçün istifadə olunmuş toxuculuq dəzgahları sərgilənir. Damast toxuculuq atelyesində Brabant regionunda fəaliyyət göstərmiş bir toxuculuq şirkətinin tarixi haqqında məlumatlar təqdim olunur. Hollandiyada toxuculuq mövzusunda olan kitabların saxlanıldığı ən böyük kitabxana bu muzeydə yerləşir. Kitabxana 20.000-dən çox kitaba ev sahibliyi edir.
"TextielLab" bölməsində ziyarətçilər peşəkarlar tərəfindən idarə olunan və işləməyə davam edən toxuculuq dəzgahları ilə, eləcə də, davam etdirilən layihələrlə tanış olurlar. Ziyarətçilərə keçmiş layihələr və təcrübələr təqdim olunur, metal kimi qeyri-adi materiallardan hazırlanan təcrübi nümunələr göstərilir. Dizayn studiyasında muzey ziyarətçiləri öz corablarını və ya şərflərini toxuya bilər, daha sonra onları apara bilərlər. Muzeydə hazırlanan məhsullar "TextielShop" mağazasında satılır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Niderland muzeyləri Kateqoriya:Tilburq Kateqoriya:Toxuculuq muzeyləri