Çıldaq — Azərbaycanda türkəçarə və ya psevdo-təbabət forması.
Tarixi 300px|thumb|left|Pir Həsən ziyarətgahı interyeri Azərbaycan alimi Fərid Ələkbərli ehtimal edir ki, çıldaq ənənəsi XIII əsr monqol hakimiyyəti dövründə Çindən Azərbaycana gəlib. Firuddin Cəlilov isə çıldağın şamançılıqdan təsirləndiyini qeyd edir, bu ənənənin İslamın qəbulundan sonra yeni dinə uyğunlaşdırıldığını fikirləşir. Çıldaqla məşğul olan Eldar Ələmdar isə çıldağı İslam və Quranla bağlı müqəddəs biliklə əlaqələndirir.
Şiə İslamı imanı qorumaq üçün tarixən zəruri olan sirri (sirr), fikirlərin gizlədilməsini (kitman) və sükut qanununu (təqiyyə) təbliğ edirdi və beləliklə, kiçik qrupa xitab edən inancların yayılması üçün münbit zəmin idi. Əsasən şiələrin yaşadığı Bakı və Abşeron yarımadasında bu yaranmış zəmin Abşeron bölgəsinin yerli adət-ənənələri ilə sıx bağlı olan ənənəvi təcrübələrlə qarışırdı. Bunun nümunəsi çöpçü və çıldaqçıdır. Buna baxmaraq, şiəliyə istinadlar Abşerondan başqa, digər bölgələrdə də istifadə edilir.
Bakıda və ətrafındakı Maştağa, Xırdalan, Digah, Binəqədi, Mərdəkan qəsəbələrində çıldaq ocaqları var. XVI əsrə aid Pir Həsən ziyarətgahında çıldaq prosesini seyid olduğunu deyən bir qadın aparır.
Xarakteristikası və müalicə prosesi 300px|thumb|left|Qorxunun köməyi ilə müalicə. Əzim Əzimzadə Müasir dövrdə Azərbaycanda, həm kənddə, həm şəhərdə ənənəvi təbiblər məşhurdur. Bunlardan biri olan çıldaqçı pambığı və ya cır-cındırı odda yandıran, bükərək xəstənin bədənindəki sinir nöqtələrinə toxunan və beləliklə, xəstəni qorxularından xilas edən şəxsdir. Bu yolla qorxuya səbəb olan qüvvələr bədəni tərk edər. Bu, "zərəri zərərlə çıxartma" prinsipi ilə işləyən, bəsit əfsun metodudur. Çöpçü isə uşağın boğazındakı çöpləri çıxaldır. Həm çıldaqçı, həm də çöpçü əsasən Bakı və Abşeron yarımadası ilə əlaqələndirilir, ancaq digər Azərbaycan bölgələrində də onlara rast gəlinir. Azərbaycanda parapsixoloqlar nəsil xətti ilə və ya simvolik ata-ana münasibətilə özlərini ənənəvi təbiblərlə əlaqələndirirlər, parapsixoloqlar belə təbibləri psixoloqların kənd forması, geniş yayılmış forması adlandırırlar.
Çıldağın tik xəstəliyindən panik ataka qədər bir sıra sinir sistemi xəstəliklərini müalicə etdiyi iddia edilir. Çıldaqçılar bunun sehr olmadığını, sadəcə olaraq qorxuya görə yaralanmış sinir sonluqlarının aktivləşdirilməsi olduğunu deyirlər. Maştağalı çıldaqçı Şıxəli ailəsində 7 nəsil boyunca bu sənətlə məşğul olunduğunu qeyd etmişdir. Dəqiq təyin edilmiş müalicə xərci yoxdur, xəstə istədiyi qədər pul verə bilər və ya ümumiyyətlə pul ödəməz. Çıldaqçı Şıxəliyə görə, xəstənin vəziyyətinə görə, 1, 7 və ya 40 sinir nöqtəsi yandırılmalıdır. 40 sinir nöqtəsinin yandırılması ən ciddi xəstələrdə edilir. Çıldaq həkimləri xəstələri müalicə edərkən elektrik işığından istifadə etmirlər, qaranlıqda işlərini icra edirlər.
İnsan qorxan kimi çıldağa getməyə ehtiyac yoxdur. Əks təqdirdə qorxu "ruha işlənir". Çıldaq ritualı çərşənbə və şənbə günləri ediləndə daha çox təsirə malik olur, ilk çıldaqdan sonra bədən reaksiya vermirsə, xəstə 3 dəfə çıldaq prosesindən keçməlidir.
Həmçinin bax
Çildağ
İstinadlar
Ədəbiyyat Braux, Adeline. "OCCULTURE" AND ALTERNATIVE FORMS OF RELIGIOSITY IN CONTEMPORARY AZERBAIJAN. religion.info. 2017. səh. 31. Musalı, V. (2023). NAZAR, ÇİLE, KORKU GİDERME RİTÜELLERİ VE UYGULAMALARI (BAKÜ VE CİVARI ÖRNEĞİNDE). KÜLTÜRK(7), 37–74.
Əlavə ədəbiyyat Azərbaycanda Tibb Elminin Problemləri. I Respublika Elmi Konfransının materialları. Bakı, 2005. 188 səh.
Kateqoriya:Azərbaycanda səhiyyə Kateqoriya:Bakı mədəniyyəti Kateqoriya:Azərbaycan xalq dini