Əbüz-Zeyyat Əta ibn Dinar əl-Hüzəli (; ) — təfsir və hədis alimi.
Bioqrafiyası Həyatı haqqında məlumat yoxdur. Sadəcə Misirdə vəfat etməsi məlumdur.
Hədis və Təfsir elmindəki yeri Səid ibn Cübeyr, Hakim ibn Şüreyk və Əbu Yezid əl-Həvlani kimi alimlerdən hədis rəvayət etmişdir. Lakin Səid ibn Cübeyrdən rəvayət etdiyi təfsiri şəxsən ondan almamışdır. Əbdülməlik ibn Mərvanın istəyi ilə Səid ibn Cübeyrin yazdığı bu təfsiri Əməvi sarayında taparaq rəvayət etmiş, birbaşa Səid ibn Cübeyrdən bir şey eşidib rəvayət etməmişdir. Əmr ibn Haris, Səid ibn Əbu Əyyub və İbn Ləhia kimi bir çox şəxs ondan hədis rəvayət etmişdir. Mənbələrə görə, Əta, etibarlı mühəddis (siqa, saduq) hesab olunmuş, onun rəvayətlərinə "Səhihi-Buxari" ilə Əbu Davud və Tirmizinin sünənlərində yer verilmişdir.
İstinadlar