Molekulyar Biologiya İnstitutu — Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi-tədqiqat müəssisəsidir. İnstitut 2025-ci ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun bazasında publik hüquqi şəxs kimi yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı , 4 aprel 2025.İnstitutun yaranma tarixi , Molekulyar Biologiya İnstitutunun rəsmi saytı.
İnstitutun elmi fəaliyyəti molekulyar biologiya, biotexnologiya, mikrobiologiya, biofizika və əlaqəli sahələri əhatə edir.
Tarixi
Elmi fəaliyyətin ilkin mərhələsi
İnstitutun elmi tarixinin başlanğıcı 1971-ci ilə gedib çıxır. Həmin il Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutunda akademik Cəlal Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası qoyulmuşdur. İlk mərhələdə tədqiqat qrupu kimi fəaliyyət göstərən bu struktur 1974-cü ildə Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir.
1983-cü ildə laboratoriyanın bazasında Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyası yaradılmışdır. Burada fotosintezin biokimyası, gen mühəndisliyi, fotosintetik aparatın molekulyar təşkili, toxuma kulturası və fotobiotexnologiya üzrə tədqiqat qrupları fəaliyyət göstərmişdir. 1988-ci ilin sonunda bir sıra tədqiqat qrupları müstəqil laboratoriyalara çevrilmiş, onların əsasında müvafiq elmi şöbə təşkil olunmuşdur. 1989-cu ildə isə şöbədə bioinformatika laboratoriyası yaradılmışdır.
Sonrakı illərdə tədqiqat istiqamətləri genişləndirilmişdir. 2005-ci ildə fotosintetik membranların quruluşu və funksiyasını öyrənən laboratoriya yaradılmış, 2010-cu ildə Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinin adı dəyişdirilərək Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır. 2012-ci ildə şöbədə Hesablama struktur biologiyası və Molekulyar biotexnologiya beynəlxalq laboratoriyaları yaradılmışdır.
Bu mərhələdə aparılan tədqiqatların əsas istiqamətlərindən biri kənd təsərrüfatı bitkilərinin fotosintez proseslərinin, bioloji məhsuldarlığının və ətraf mühitin əlverişsiz amillərinə davamlılığının öyrənilməsi olmuşdur. Tədqiqatlarda buğda və digər bitkilərin fizioloji, biokimyəvi və molekulyar-genetik xüsusiyyətləri araşdırılmışdır.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması
Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü ildə keçirilmiş Ümumi yığıncağında Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmişdir. İnstitut 1 mart 2016-cı ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış və həmin il iyulun 1-dən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibində müstəqil fəaliyyətə başlamışdır.
Beləliklə, 2016-cı ildə əvvəllər Botanika İnstitutunun tərkibində fəaliyyət göstərən elmi istiqamətlər ayrıca elmi-tədqiqat institutu səviyyəsində təşkil edilmişdir. Bu qurumun formalaşması Azərbaycanda molekulyar biologiya və biotexnologiya üzrə ixtisaslaşmış tədqiqatların institusional inkişafında mühüm mərhələ olmuşdur.
2022-ci ildə idarəetmədə dəyişiklik
2022-ci ildə AMEA-nın bir sıra elmi müəssisələri ilə yanaşı, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu da Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bu dəyişiklik elmi müəssisələrin idarə edilməsində akademiya sistemindən nazirlik tabeliyinə keçid prosesinin tərkib hissəsi idi.
2025-ci ildə yenidən təşkil olunması
4 aprel 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı sərəncam imzalamışdır. Sənəddə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun bazasında Molekulyar Biologiya İnstitutunun yaradılması nəzərdə tutulmuşdur.
Sərəncam oxşar və bir-birini tamamlayan elmi istiqamətlər üzrə çalışan müəssisələrin birləşdirilməsini nəzərdə tutan daha geniş struktur islahatının tərkib hissəsi idi. Elm və Təhsil Nazirliyi islahatın məqsədləri sırasında elmi resurslardan səmərəli istifadəni, idarəetmənin təkmilləşdirilməsini, elmi müəssisələrin fəaliyyət effektivliyinin artırılmasını və elmlə təhsilin inteqrasiyasının gücləndirilməsini göstərmişdir.Elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində mühüm islahat, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi.
İnstitutun rəsmi saytında verilən məlumata görə, Nazirlər Kabinetinin 7 oktyabr 2025-ci il tarixli 292 nömrəli qərarının icrası nəticəsində yeni Molekulyar Biologiya İnstitutu publik hüquqi şəxs kimi yaradılmışdır. Yeni qurum əvvəlki üç institutun elmi və təşkilati bazasını birləşdirir.
2026-cı ilin sentyabrında institutun Elmi Şurasının yeni tərkibdə ilk iclasının keçirilməsi yeni strukturun təşkilati fəaliyyətinin davam etdiyini göstərirdi. İclasda institutun fəaliyyətinin təşkili və doktoranturaya qəbul məsələləri də müzakirə olunmuşdur.Molekulyar Biologiya İnstitutunun Elmi Şurasının iclası keçirilib , Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, 25 sentyabr 2026.
Elmi fəaliyyəti
İnstitutun elmi istiqamətləri molekulyar biologiya, genetika, biotexnologiya, mikrobiologiya, biofizika, bioinformatika və biokimya sahələrini əhatə edir. Əvvəlki Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bitkilərin fotosintetik fəaliyyəti, məhsuldarlığı, stress amillərinə davamlılığı, gen mühəndisliyi və hüceyrə proseslərinin molekulyar mexanizmləri üzrə tədqiqatlar aparılmışdır.
2025-ci ildə baş vermiş birləşmədən sonra yeni qurumun elmi profili əvvəlki Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun istiqamətləri ilə yanaşı, Mikrobiologiya və Biofizika institutlarının tədqiqat sahələrini də əhatə edir.
Təşkilati statusu
Molekulyar Biologiya İnstitutu publik hüquqi şəxs statusuna malikdir və Elm və Təhsil Nazirliyinin tabeliyindəki Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin strukturunda fəaliyyət göstərir.
Mikrobiologiya İnstitutu Mikrobiologiya İnstitutu (əvvəllər Mikrobiologiya Sektoru) 1972-ci ildə təşkil olunub.
Fəaliyyət istiqaməti: Bioloji aktiv maddələrin produsenti olan mikroorqanizmlərdən istifadənin fizioloji-biokimyəvi və ekoloji əsasları.
Laboratoriyalar
Mikrob Fermentləri Laboratoriyası Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Makromisetlərdə oksireduktaza və hidrolazaların sintezinin fizioloji-biokimyəvi və biotexnoloji əsaslarının tədqiqi.
Struktur bölmənin əsas elmi nəticələri: Makromisetlərdə hidrolazaların sintezinin təbiətinin müəyyənləşdirilməsi, bitki mənşəli tullantıların utilizasiyasının bioloji üsullarının elmi və praktik əsaslarının işlənib hazırlanması.
Neft Mikrobiologiyası Laboratoriyası Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft mikrobiologiyası və ekoloji biotexnologiya. Landşaftın çirklənməyə davamlılığı probleminin nəzəri əsaslarının işlənib hazırlanması; layların neft çıxımını artırmağa imkan verən mikrobioloji metodun işlənib hazırlanması və tətbiq edilməsi; texnogen təsirdən pozulmuş torpaq ekosistemlərində biorenudasiya metodlarının nəzəri problemlərinin və tətbiqinin işlənib hazırlanması.
Struktur bölmənin əsas elmi nəticələri: Abşeronun neft yataqlarında yüksək iqtisadi səmərə ilə tətbiq edilən layların neft çıxımını artırmağa imkan verən metod işlənib hazırlanıb; "Neftçıxarmanın biotexnologiyası" adlı monoqrafiya və 100-dən çox elmi məqalə çap olunub, Azərbaycanın və keçmiş SSRİ-nin 16 patenti və müəlliflik şəhadətnaməsi alınıb. Neftlə çirklənmiş torpaqların biorenudasiya metodu işlənib hazırlanmış və Abşeronda tətbiq edilmişdir.
Su Mikrobiologiyası Laboratoriyası Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Xəzər dənizinin Azərbaycan sahillərinin sularının və gruntunun mikrobioloji tədqiqi.
Struktur bölmənin əsas elmi nəticələri: Xəzər dənizənin sularının mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplanmış, suyun və qruntun avtohton mikroflorasının tərkibi və yayılması qanunauyğunluqları müəyyən edilmişdir.
Hitotrof Mikroorqanizmlər Laboratoriyası Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
1. Selluloza-kağız və neft emalı müəssisələrində olan avadanlıqların biozədələnməsi və bioçirklənməsi səbəblərinin öyrənilməsi.
2. Sulfid filizlərinin geokimyəvi çevrilməsində iştirak edən mikroorqanizmlərin öyrənilməsi.
Struktur bölmənin əsas elmi nəticələri: Avadanlıqların biozədələnməsinin və bioçirklənməsinin qarşısını almağa imkan verən bakterisid preparatlar alınmış və bir sıra müəssisələrdə tətbiq edilmişdir.
Bioloji Səthi Aktiv Maddələr Laboratoriyası Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:
1. Karbohidrogen parçalayan mikroorqanizmlərdə suda həll olan hüceyrə xarici səthi aktiv maddə sintezi.
2. Tərkibində karbohidrogen substratı olan mühitdə becərilmiş müxtəlif lipogen göbələklərdə lipid sintezi və onun kimyəvi quruluşu.
Struktur bölmənin əsas elmi nəticələri:
1. Suyun səthi aktivliyini 28 dina/sm-ə endirən müxtəlif bakteriya stamları alınmışdır. Optimal şərait işlənib.
2. Tərkibində 20–70 %-ə qədər lipid toplayan Micor, Fusarium, Alternaria, Cephalosporium cinsinə aid stamlar ayrılmış, sintez olunan lipidin tərkibi öyrənilib.
Üzvi Maddələrin Botransformasiyası Laboratoriyası Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft məhsullarının, o cümlədən Naftalan neftinin karbohidrogenlərinin mikrobioloji çevrilməsi prosesini öyrənmək.
Struktur bölmənin əsas elmi nəticələri: Göbələk və bakteriya kulturalarından ibarət 100 ştam ayrılmışdır ki, onların hamısı Naftalan neftini parçalama qabiliyyətinə malikdir.
Mikrob Kulturalarının Kolleksiyası Bölməsi Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Müxtəlif taksonomik qruplara daxil olan qeyri və ya səthi patogen mikroorqanizmlərin genofondunun yaradılması.
Struktur bölmənin əsas elmi nəticələri: Mikro və makromisetlərə aid olan 500-ə qədər ştamın daxil olduğu kolleksiya yaradılıb.
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olmuş elmi təşkilatdır. Direktoru akademik İradə Hüseynova idi.
Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 2014-cü il tarixində keçirilmiş ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmiş və 01 iyul 2016-cı il tarixindən institut müstəqil fəaliyyətə başlamışdır.
Rəhbəri Akademik İradə Məmməd qızı Hüseynova
Tarixi Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əsası 1971-ci ildə Botanika İnstitutunda akademik Cəlal Əliyev tərəfindən qoyulmuşdur. Əvvəl qrup kimi fəaliyyətə başlanılmış, 1974-cü ildə bu qrup Fiziki-kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir.
1983-cü ildə laboratoriyanın bazasında Fotosintezin biokimyası, Gen mühəndisliyi, Fotosintetik aparatın molekulyar təşkili, Toxuma kulturası, Xloroplastların fotokimyası və Fotobiotexnologiya yaradıcı qruplarından ibarət Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları laboratoriyası yaradılmışdır.
1988-ci ilin sonunda bu qruplar müstəqil laboratoriyalara çevrilmiş və onların bazasında Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsi təşkil olunmuşdur.
2005–2010-cu illərdə şöbədə 4 yeni laboratoriya yaradılmış və onun adı isə dəyişdirilərək, Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi adlandırılmışdır.