Əbu Səid Yəhya ibn Səid ibn Fərrux əl-Qəttan ət-Təmimi əl-Bəsri (; ) — hədis hafizi və rical alimi.

Bioqrafiyası 738-ci ildə Bəsrədə dünyaya gəlib. Pambıq ticarəti ilə məşğul olduğu üçün "Qəttan", çəpgöz olduğu üçün də "Əhvəl" adlandırılıb.

Şöbə, Süfyan əs-Səvri, Əvzai, Həmmad ibn Sələmə, İbn Əbu Arubə, Misər ibn Kidəm, Asim əl-Əhvəl, Malik ibn Ənəs, Hüşeym ibn Bəşir onun elm öyrəndiyi müəllimlərindən bəziləridir.

Onun ən tanınmış tələbələri Əli ibn Mədini, Yəhya ibn Main, Əhməd ibn Hənbəl, Əbu Heysəmə Züheyr ibn Hərb, İshaq ibn Rəhuyə və Əbdurrəhman ibn Bişrdir. Oğlu Məhəmməd ilə nəvəsi Əhməd də ondan hədis öyrənmişdir.

Şöbə, Süfyan əs-Səvri, Süfyan ibn Uyeynə (müəllimləri), Mötəmir ibn Süleyman (həmyaşıdı) və Əbdürrəhman ibn Mehdi (yaxın dostu) ondan hədis rəvayət edən şəxslərdir.

O, hədis öyrənmək məqsədilə Bağdada, Kufəyə və Məkkəyə səfərlər etmişdir. Məkkədə dövrünün ən qabaqcıl alimləri ilə görüşmüşdür.

Yəhya ibn Səid 813 və ya 814-cü ildə Bəsrədə vəfat etmişdir.

Onu hədis ədəbiyyatlarında "əmir əl-möminin fil-hədis", "imamül-mühəddisin", "hafiz", "siqa", "məmun", "höccət" və "səbt" adlandırırlar.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hənəfilər