Müqəddəs Yelizaveta kilsəsi () — Vrotslav şəhərində yerləşən Qotik üslubunda kilsə. Bu kilsə Müqəddəs Fransiskin Katolik Üçüncü Ordeninə məxsusdur və şəhərin Köhnə Şəhər hissəsində yerləşir.
Tarixi Kilsənin tikintisi XIV əsrdə şəhər rəhbərliyi tərəfindən başladılmışdır. Əsas qüllə əvvəlcə 130 metr hündürlüyündə idi. 1525-ci ildən 1946-cı ilə qədər Müqəddəs Yelizaveta kilsəsi, Vrotslav və Sileziyanın əsas Lüteran kilsəsi və Breslau şəhərindəki Prussiya Evangelistlər kilsəsinin əsas icması idi. Kilsədə alman dilində son dini ibadət 30 iyun 1946-cı ildə baş tutub. Bu ibadət zamanı vətən itkisinə hörmət bildirilmişdir. 1946-cı ildə kilsə müsadirə edilərək Polşa Roma-Katolik kilsəsinin Hərbi Xidmətinə verildi.Peter Pragal: Wir sehen uns wieder, mein Schlesierland, Piper-V., München, 2012, S. 179.
Kilsə 1529-cu ildə şiddətli dolu yağması nəticəsində zərər görmüş, 1976-cı ildə isə yanğın nəticəsində ciddi şəkildə zədələnmişdir. Kilsənin məşhur orqanı da məhv edilmişdir. Yenidən qurulan əsas qüllə indi 91,5 metr hündürlüyündədir. Qüllənin yaxınlığında yerləşən müşahidə meydançası ictimaiyyət üçün açıqdır. 1999-cu ildən etibarən kilsə ərazisində şəhərin (o zaman Almaniyanın Breslau şəhəri) yerli sakini və Nasizmə qarşı mübarizə şəhidi olan Pastor Ditrix Bonhoefferin xatirəsinə abidə ucaldılmışdır.
Qalereya
İstinadlar
Xarici keçidlər
Bazylika św. Elżbiety - Elisabethkirche, Kościół Garnizonowy na portalu polska-org.pl Хронология храма
Kateqoriya:XIV əsrdə tamamlanmış tikililər