Amerika Samur dovşanı — "Amerika Dovşan Yetiştiriciləri Birliyi" (ARBA) tərəfindən tanınan bir dovşan cinsi. Amerika Samur dovşanı cinsinin kökəni, 1924-cü ildə Kaliforniyanın San-Qebriel şəhərindən Otto Broka məxsus təmiz cinsli Çinçilla dovşanlarına gedib çıxır.
Görünüş
Amerika Samur dovşanı, Çinçilla dovşanı çarpazlaşmalarının nəticəsidir. Bunlar bədən quruluşuna görə Çinçilla dovşanları ilə eynidir, lakin xəzləri fərqli rəngdədir. Baş, ayaqlar, qulaqlar, bel və quyruğun üstü tünd sepya rəngindədir, qalan bədənində isə xəz, Siyam pişiyinin rənginə bənzər şəkildə daha açıq qəhvəyi rəngə qədər solur. Cinsin gözləri adətən qırmızı çalarlı tünd olur. Adətən onların çəkisi 3,2–4,5 kq-a çata bilər, erkəklər 3,2–4,1 kq, dişilər isə 3,6–4,5 kq çəkir. Bədən tipləri kommersiya, uzunluğu orta, uzun və genişdir.
İstinadlar
Xarici keçidlər American Rabbit Breeders Association American Sable Rabbit Breed History Different Breeds of Rabbits
Kateqoriya:Dovşanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar