Danimarkanın Azərbaycandakı səfirliyi — Danimarkanın Azərbaycan Respublikasında səfirliyi mövcud deyil. Bakıda Danimarka Krallığının konsulluğu fəaliyyər göstərir. Danimarkanın Türkiyə Respublikasındakı səfiri eyni zamanda Azərbaycanda səfirdir.

Azərbaycan Respublikasının Danimarkada səfirliyi mövcud deyil, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyi eyni zamanda Danimarkada da fəaliyyət göstərir.

2024-cü ildən Danimarkanın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri Ole Toftdur.

Danimarka Krallığı və Azərbaycan ATƏT və Avropa Şurasının üzvləridir.

Tarixi Danimarka Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci il tarixində qurulmuşdur.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Bakıda Danimarka Krallığının konsulluğu fəaliyyər göstərir. Konsulluq Danimarkanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir, Danimarkanın Azərbaycanda siyasi, iqtisadi, maliyyə və hüquqi məsələləri, eləcə də elm, təhsil və mədəniyyət sahələrində maraqlarını təmsil edir.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Səfirlər: Danimarka Krallığının Türkiyə Respublikasındakı səfiri eyni zamanda Azərbaycanda səfirdir və Danimarkanı Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir. Səfir Müddət başlanğıcı Müddətin sonu Ruben Madsenİlham Əliyev Danimarkanın ölkəmizdəki səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir 2011 2016Svend Ollinqİlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 26 mart 2017 2016 2020 Denni Annan (qeyri-rezident)İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib 12 iyun 2021 2021 2024 Ole Toft 2024

İstinadlar

Xarici keçidlər Honorary Consulate of Denmark in Azerbaijan

Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Diplomatik nümayəndəliklər Kateqoriya:Azərbaycanın xarici siyasəti Kateqoriya:Danimarkanın xarici siyasəti Kateqoriya:Azərbaycan–Danimarka münasibətləri