Molli Santana () — Los-Ancelesdə fəaliyyət göstərən ABŞ repçisi.

Erkən illəri və fəaliyyəti M. Santana yapon və afroamerikan mənşəlidir. Kaliforniya ştatının Fontana şəhərində böyüyüb. 11 yaşında "My Chemical Romance" və Pierce the Veil" qruplarının repertuarını akustik gitarada ifa etməyi mənimsəyib, sonradan elektrik və bas gitaranı öyrənib. Los-Anceles şəhərinin "The Smell" klubunda pank konsertlərində iştirak edib. 2019-cu ildə sosial şəbəkələrdə moda sahəsində tanınıb. Yaponiyada moda təhsili alsa da, yarımçıq dayandırıb və musiqiyə üstünlük verib. İlk musiqisini avtomobilində "Apple" qulaqcıqlarından istifadə edərək yazıb. 2021-ci ildə "Y They Talk Abt Me?" () adlı ilk sinqlını təqdim edib. Həmin ilin oktyabrında "Molly's World" minialbomu, 2022-ci ildə "Neptune", 2023-cü ildə isə "Mélange" minialbomları işıq üzü görüb.

2024-cü ilin aprel ayında ilk studiya albomu işıq üzü görüb. Həmin il sentyabrda "Masonic Musik" minialbomu, dekabrda isə "Self-Titled Files" minialbomu yayımlanıb. "Masonic Musik" minialbomu "Victor Victor Worldwide" şirkəti ilə əməkdaşlığın başlanğıcı olub. "Windows Up" sinqlı musiqi mətbuatında "The Fader" tərəfindən ilin rep nümunələri sırasına daxil edilib. Şimali Amerika turnesində Don Toliver-in konsertlərində çıxış edib və "Rolling Loud" festivalında debüt edib. "Molly and Her Week of Wonders" adlı ikinci studiya albomu 2025-ci il mayın 30-da təqdim olunub.

Yaradıcılıq üslubu M. Santana trep, pop-rep və reyc janrlarında çıxış edən ifaçıdır. Yaradıcılığında pank, trep və alternativ pop elementləri müşahidə olunur. Bariton səs tembrinə malikdir. Qranj və pank estetikası onun səhnə tərzinin xarakterik xüsusiyyətləridir. Yaradıcılığına ASAP Rocky, Bladee, Black Kray, Chief Keef, Ecco2K, Nettspend, Erika Badu, Lil Uzi Vert, Playboi Carti, The Smashing Pumpkins, Tyler, the Creator, Yanq Taq və Yung Lean kimi ifaçıların təsiri olub.

Diskoqrafiya Studiya albomları Molly Santana (2024) Molly and Her Week of Wonders (2025)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ repçiləri Kateqoriya:XXI əsr ABŞ repçiləri