Abdulla Heydər oğlu Sofiyev () — azərbaycanlı alim, Türkiyə Respublikasının İstanbul Ticarət Universitetinin professoru, Türkiyə Milli Nəzəri və Tətbiqi Mexanika Komitəsinin sədr müavini. Tətbiqi mexanika, kompozit materiallar, nanomateriallar və tətbiqi riyaziyyat sahəsində elmi araşdırmalar aparır. 2019–2024-cü illərdə Stanford Universitetinin tərtib etdiyi “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib.

Həyatı Abdulla Sofiyev 1961-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun “Riyaziyyat” fakültəsini bitirib. 1985–1996-cı illərdə Azərbaycan Texniki Universitetinin “Nəzəri mexanika” kafedrasında aspirant, assistent, baş müəllim və dosent vəzifələrində çalışıb.

1996–2001-ci illərdə Türkiyənin Ondokuz Mayıs Universitetində, 2001–2005-ci illərdə isə Süleyman Dəmirəl Universitetində inşaat mühəndisliyi bölümü, mexanika kafedrasında dosent vəzifəsində işləyib.

Elmi faəliyyəti Abdulla Sofiyev 2019–2024-cü illərdə Stanford Universitetinin tərtib etdiyi “Dünyanın ən nüfuzlu alimləri” siyahısına daxil edilib. Elsevier nəşriyyatının dəstəyi ilə aparılan bu araşdırmalarda o, həm “Karyeraya təsir”, həm də “İllik təsir” kateqoriyalarında dünyanın 2 faizlik ən nüfuzlu alimləri sırasında göstərilib.

O, 300-dən artıq fundamental elmi məqalənin müəllifidir. Məqalələrinin 200-ə qədəri beynəlxalq nüfuzlu (SCI) jurnallarda dərc olunub. Araşdırmaları mühəndislik, nanomateriallar, kompozitlər, tətbiqi riyaziyyat və fizika sahələrini əhatə edir.

O, həmçinin bir sıra mötəbər elmi jurnalların, o cümlədən Tətbiqi mexanika və Kompozit strukturlar jurnallarının redaksiya heyətinin üzvüdür. 16 magistr və 5 elmlər doktoru yetişdirib.

Abdulla Sofiyev Türkiyənin müxtəlif universitetlərində, Almaniyanın Karlsruhe Universitetinin Texniki Mexanika İnstitutunun layihələrində, həmçinin TUBİTAK və NATO dəstəkli elmi proqramlarda iştirak edib.

Mükafat və nailiyyətləri "Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu”undan 100 dan çox  mükafat almışdır. 2009 vǝ 2014-cü illǝrdǝ Süleyman Dǝmirǝl Universitetindǝ Texnika sahǝsindǝ “Bilim Texnologiya” Birinci Mükafatlarına layiq görülmüştür.

2014-cü ildǝ mötǝbǝr Beynǝlxalg Jurnalların (SCI) ǝn yaxşı 10 openenti arasında yer almışdır.

İstinadlar

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan riyaziyyatçıları Kateqoriya:Azərbaycanlı riyaziyyatçılar Kateqoriya:Türkiyə riyaziyyatçıları