Əl-Fəttah əl-Alim məscidi (ərəbcə: مَسجِد الفَتّاح العَليم, translit.: məscid əl-fəttāḥ əl-ʿalīm) — Misirin Yeni inzibati paytaxtında yerləşən məscid. Məscid Misir prezidenti Əbdülfəttah Əs-Sisi tərəfindən 6 yanvar 2019-cu ildə istifadəyə verilmişdir.
Məscid təxminən 17.000 nəfər tutumuna malikdir və Misirin ikinci ən böyük məscidi hesab olunur. Məscid Yeni paytaxtdakı Yeni Orta Dairəvi Yolda yerləşir və Misirin İslam Mədəniyyət Mərkəzindən (Böyük Məscid) sonra ikinci ən böyük məscidi və dünya üzrə meqa-məscidlərdən biri hesab olunur. Məscid ümumilikdə 44,55 hektar (106 feddan) ərazidə inşa edilmişdir. Prezident Əbdülfəttah Əs-Sisi, eyni gündə əl-Fəttah əl-Alim Məscidi və Məsihin Milad Kilsəsinin açılış mərasiminə qatılmışdır.
Ölçüsü və tikintisi
Ümumilikdə 110 akr (450.000 m2) ərazidə inşa edilmiş məscid, ümumi sahəsinə görə dünyada ikinci ən böyük məscid hesab olunur. Eniş meydançası, 2650 avtomobil üçün avtodayanacaq, xidmətlər və məscidin fəaliyyətini təmin edən 60 işçini qəbul edən inzibati bina ilə. Yaşıl sahə, məscidin ümumi sahəsinin üçdə birini təşkil edir ki, bu da 120.000 kvadrat metrə (30 akr) bərabərdir. Yollar ümumi sahənin təxminən 10%-ni, yəni təxminən 45.000 kvadrat metri (11 akr) təşkil edir. Silahlı Qüvvələr Mühəndislik İdarəsi, məscid işlərində Misir mərmərindən istifadə etməyə çalışmış və tikintinin yalnız Misirli işçilər tərəfindən aparılmasını istəmişdir. Məscidin icrası 16/6/2017-dən başlayaraq 15 ay ərzində həyata keçirilmiş və altı ay ərzində beton və tikinti işləri görülmüş, tamamlayıcı işlər 1/4/2018-dən 31/12/2018-ə qədər 9 ay davam etmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019-cu ildə tamamlanmış məscidlər Kateqoriya:Misir məscidləri Kateqoriya:XXI əsr məscidləri Kateqoriya:Qahirə Kateqoriya:Qübbələr Kateqoriya:İslam