Pehlivan — rejissor Zəki Ögtənin 1984-cü ildə çəkdiyi dram janrında türk filmi.
Film haqqında Fildə baş qəhrəmanı Bilal ( rolunda Tarık Akan ) ailəsini dolandırmaq üçün mübarizə aparan sadə bir insandır. Bu arada onun ən böyük ümidi Liviyaya fəhlə kimi getməkdir. Bilalın ən böyük arzusu Liviyaya fəhlə kimi gedərək daha yaxşı həyat qurmaqdır.
Öz növbəsini gözləyərkən yerli pəhləvan yarışlarından ruhlanan Bilal atasının peşəsi olan pəhləvanlıqda özünü sınamaq qərarına gəlir. O, əmindir ki, Kırkpınar yağlı güləşi çempion olub mükafat qazansa, yaxşı güləşçi kimi vəziyyəti yaxşılaşacaq və gəliri artacaq. Mestan dayı və ustadı Tevfikin köməyi ilə onu güləşə hazırlayırlar. Kiçik qələbələri onun cəsarətini artırır.
Aktyorlar
Tarık Akan - Bilal Yaman Okay - Sarı Tevfik Orhan Çağman - Biznesmen Rəcəb Zeynep Arca Özer Kıvanç Mövlud Alyol - Güləşçi Meral Orhonsay Erol Günaydın Tuluq Cizgen - Cemile Oktay Güzeloğlu Ajlan Aktuğ Yavuzer Çetinkaya - Cevdet Ahmet Kayışkesen - Bilalın atası Himmet
Mükafatlar
21. Antalya Qızıl Portağal Film Festivalı, Ən Yaxşı Kişi Oyunçu, Tarık Akan Berlin Beynəlxalq Film Festivalı, Münsiflər Heyətinin Xüsusi Mükafatı Mədəniyyət Nazirliyi, Kino Uğur Mükafatı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Güləş haqqında filmlər Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:1984-cü ilin filmləri