Əbu Süfyan Vəki ibn əl-Cərrah ibn Məlih ər-Ruəsi (; ) — mühəddis və fəqih. Təbəi-tabiin nəslinə mənsubdur.
Bioqrafiyası Ərəb əsillidir və Bəni-Ruəsə mənsubdur.
Vəki atasından, İsmayıl ibn Əbu Xalid, Əymən ibn Nəbil, İkrimə ibn Əmmar, Hişam ibn Urvə, Əməş, İbn Əbu Leyla, İbn Cüreyc, Əvzai, Malik ibn Ənəs, Süfyan əs-Səvri, Şöbə və Həmmad ibn Sələmə kimi şəxsilərdən hədis rəvayət etmişdir. Vəkidən də oğlanları (Süfyan, Məlih, İbrahim və Ubeyd), Süfyan əs-Səvri (müəllimi), Abdullah ibn Mübarək, Əbdürrəhman ibn Mehdi, Əhməd ibn Hənbəl, Əli ibn Mədini, Yəhya ibn Məin, Abdullah ibn Zübeyr əl-Humeydi, İbn Səd, İbn Əbu Şeybə, Əbül-Həsən ibn Əbu Şeybə, Xəlifə ibn Xəyyat, Səhnun və başqaları hədis rəvayət ediblər.
O, Məkkə, Mədinə, Bağdad, Ənbar, Vasit, Əbadan, Mosul, Dəməşq, Misis (Massisa), Tarsus, Qüds və Misirə elmi səfərlər etmişdir.
Vəki, hicri 196-cı ildə (812) həcc ziyarətindən qayıdarkən yolda vəfat etmişdir.
Əsərləri Kitabüz-Zöhd. Gözəl əxlaq və ədəbdən bəhs edən əsərdə, 539 rəvayət vardır. Cüz fil-hədis. Əsər daha çox "Nüsxətü Vəki ənil-Əməş" adı ilə tanınır.
Mənbələrdə ona bu əsərlər də nisbət olunur:
Kitabüt-Təfsir, Kitabüs-Sünən ("əl-Müsnəd" və ya "əl-Müsənnəf"), Fəzailüs-səhabə.
İstinadlar
Kateqoriya:Hədis alimləri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Ravilər