Konstantin Alekseyeviç Satunin (; ) — rus zooloqu.

Həyatı Teleqrafçı ailəsində doğulub. 1869-cu ildən 1-ci Moskva gimnaziyasında oxumuş, rus-sovet entomoloqu Qriqori Kojevnikovun sinif yoldaşı olmuşdur. 8-ci sinifdə imtahandan kəsilir və təhsilini Çerniqovda başa vurur. 1885–1890-cı illərdə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri ixtisasında oxuyub.

1893-cü ildən Tiflisdəki Qafqaz baramaçılıq stansiyasında bioloji laboratoriyanın müdiri işləyib. Qafqazda apardığı araşdırmalarda o, balıq, sürünən və məməlilərin böyük kolleksiyalarını toplayır. Həmin kolleksiyasının bir hissəsi 1948-ci il Aşqabad zəlzələsi zamanı məhv olmuşdur.

1907–1915-ci illərdə Qafqazda kənd təsərrüfatı idarəsində tətbiqi zoologiya və ovçuluq üzrə baş mütəxəssis işləmişdir. Satunin Qafqazın termofaunasını ilk təsvir edənlərdən biri olub və taksonların təsvirini və regionun faunasının zoocoğrafi analizini təqdim edib. 1912-ci ildə Satunin Qafqazın zoocoğrafi vahidlərə yeni bölgüsünü işləyib hazırlayır.

10 noyabr 1915-ci ildə 52 yaşında Mtsxeta yaxınlığında ürək çatışmazlığından qəflətən vəfat etmişdir.

Əsərləri

Сатунин К. А. Млекопитающие Кавказского края, Тифлис, Т.1. 1915; Т.2. 1920.

Qeydlər

Ədəbiyyat Kozhevnikov G. K. A. Satunin // Ornitoloji bülleteni. 1916. № 1.

Xarici keçidlər

Kateqoriya:Rusiya imperiyası zooloqları Kateqoriya:Msxeta rayonunda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:Zoologiya taksonlarının müəllifləri