Triqon və ya triplisitet — Astrologiyada eyni elementə mənsub üç bürcdən ibarət qrup. Bürclər dörd element üzrə hər biri üç bürcdən təşkil olunan dörd qrupa bölünür.

Qərb astrologiyasında triplisitetlər bir-birinə 120 dərəcə bucaq altında yerləşən bürclərdən ibarətdir. Bu bürclər arasındakı aspekt triqon adlanır və güclü, harmonik hesab olunur. Belə qarşılıqlı əlaqə uyğun və oxşar xüsusiyyətlərə malik bürcləri birləşdirdiyindən, onların qarşılıqlı təsiri təbii, əlverişli və asanlıqla həyata keçən sayılır.

Klassik elementlər konsepsiyası

thumb|Dörd elementin və onların müvafiq simvollarının təsviri. Dörd element. Daniel Stolz von Stolzenberqin Viridarium chymicum (1624) əsərinə aid qravürada soldan sağa doğru torpaq, su, hava və od elementləri təsvir olunmuşdur. Aşağı hissədə yerləşən kürələr bu ünsürlərin əlkimya simvollarını göstərir.

Ənənəvi astrologiyada triplisitet konsepsiyası aləmin dörd ilkin elementi anlayışına əsaslanır və mühüm əhəmiyyət daşıyır. Aqriqentli Empedoklun (e.ə. 490–430) təbii-fəlsəfi baxışına görə, bütün maddi obyektlər kainatdakı əbədi və dəyişməz elementlərin — su, hava, torpaq və odun birləşməsi nəticəsində yaranır. Bu elementlərin qarşılıqlı təsirini isə iki kosmik qüvvə — məhəbbət (cazibə) və nifrət (itələmə) müəyyənləşdirir.

Dörd ilkin element nəzəriyyəsinə ən mühüm töhfəni Aristotel vermişdir. O, bu konsepsiyaya dörd əsas keyfiyyət əlavə etmişdir. Aristotelin fikrincə, elementlər maddi substansiyalar deyil, müəyyən keyfiyyətlərin daşıyıcılarıdır: isti, soyuq, quru və rütubətli.

Bu bölünməz və bir-birini tamamlayan keyfiyyətlərin müxtəlif birləşmələri nəticəsində ayrı-ayrı elementlər formalaşır: od — isti və quru, hava — isti və rütubətli, torpaq — soyuq və quru, su isə soyuq və rütubətlidir.

Klassik elementlərin triqonları

Elementlərin xüsusiyyətlərinə görə, Mark Manilinin təsnifatına əsasən, on iki astroloji bürc aşağıdakı kimi qruplaşdırılmışdır:

Od20px: Qoç, Şir və Oxatan — isti, quru Torpaq20px: Buğa, Qız və Oğlaq — soyuq, quru Hava20px: Əkizlər, Tərəzi və Dolça — isti, rütubətli Su20px: Xərçəng, Əqrəb və Balıqlar — soyuq, rütubətli

İdarəçilik (planetar hakimiyyət)

Ənənəvi astrologiyada hər bir triplisitetin bir neçə planetar hakimi (idarəçisi) vardır. Bu hakimlər sektaya — yəni xəritənin gündüz və ya gecə olmasına görə dəyişir. Bu bölgü qədim yunan astroloqu Sidonlu Doroteusun sisteminə əsaslanır.Dorotheus of Sidon, Carmen Astrologicum, tr. by David Pingree. Originally published in Teubner series (Leipzig, 1976). Re-published by Ascella Publications (London, 1993). Re-published by Astrology Classics (Bel Air, MD), 2005.Late Classical Astrology: Paulus Alexandrinus and Olympiodorus (with the Scholia of later Latin Commentators). [Translated by Dorian Gieseler Greenbaum.] Archive for the Retrieval of Historical Astrological Texts [ARHAT] , 2001. P.6. (This is a translation of Paulus Alexandrinus' Introduction along with the Commentary by Olympiodorus the Younger and related Byzantine scholia.)

Triqon (Element) Gündüz hakimi Gecə hakimi Müştərək (ümumi) hakim Od (Qoç, Şir, Oxatan): Günəş Yupiter Saturn Torpaq (Buğa, Qız, Oğlaq): Venera Ay Mars Hava (Əkizlər, Tərəzi, Dolça): Saturn Merkuri Yupiter Su * (Xərçəng, Əqrəb, Balıqlar): Venera Mars Ay

Bu sistemə görə, gündüz və gecə doğulan şəxslərin planetar təsirləri fərqlənir — bu da onların temperamentində, davranışında və taleyində müxtəlif formalarda əks olunur.

İstinadlar

Ədəbiyyat siyahısı

Dorotheus Sidonius. Carmen Astrologicum (Pentateuch)./ Translated by David Pingree. — Leipzig: B.G.Teubner, 1976. Р.161. Знаки зодіаку та достоїнства планет в них, середньовічна схема The classical use of triplicities , Дебора Холдінг

Xarici keçidlər

Kateqoriya:Astroloji triqonlar Kateqoriya:Zodiak bürcləri Kateqoriya:Astrologiya