Svettl abbatlığı (almanca: Stift Zwettl) — Avstriyanın Aşağı Avstriya əyalətində, St. Pölten yeparxiyasında yerləşən Sistersian monastırı.
Tarix
Svettl abbatlığı 1137-ci ildə Kuenrinqli I Hadmar tərəfindən Hayligenkroys Abbatlığının rahibi Herrmann ilə birlikdə təsis edilmişdir. Hayligenkroys Abbatlığının qolu olan bu monastır, Morimond xəttinə aid idi. Təsis 1139-cu ildə Hohenştaufen sülaləsindən olan Almaniya kralı III Konrad, 1140-cı ildə isə Papa II İnnokenti tərəfindən təsdiq edilmişdir və zaman keçdikcə bir çox başqa papalar və imperatorlar tərəfindən də təsdiqlənmişdir. Təsisçi ailənin bir neçə üzvü burada dəfn edilmişdir.
Monastır, Sistersian monastırlarının çoxu kimi, bir çay vadisinə, bu halda Kamp çayının bir əyintisinə inşa edilmişdir. Geniş binalar tikilmiş və kilsə, kapitl otağı və yataqxana 1159-cu ildə təqdis edilmişdir, baxmayaraq ki, bütün monastır 1218-ci ilə qədər tamamlanmamışdı. Svettl Abbatlığı tezliklə ordenin ən vacib monastırlarından birinə çevrildi.
İstinadlar
Xarici keçidlər
Zwettl Abbey official website
Kateqoriya:Əlifba sırasına görə monastırlar Kateqoriya:Aşağı Avstriya Kateqoriya:1137-ci ildə yarananlar Kateqoriya:Avropa kilsələri Kateqoriya:Kilsələr