Kuala Lumpur Quş parkı (malay. Taman Burung Kuala Lumpur) — 1991-ci ildə Malaziyanın paytaxdı Kuala Lumpur şəhərində, Lake Gardens (Göl bağları) ərazisini əhatə edən dünyanın ən böyük açıq havada olan quş parkı. Parkda 2000-dən çox quş var, onlardan bəziləri Avstraliya, Yeni Qvineya, Tayland, Tanzaniya, Hollandiya və Çin kimi xarici ölkələrin vətəndaşları və səfirlikləri tərəfindən hədiyyə edilib.KL BIRD PARK Park Malayziyanın ən məşhur turistik yerlərindən biridir və hər il təxminən 200.000 insan tərəfindən ziyarət edilir. ABŞ-ın keçmiş prezidenti Bill Klinton 2008-ci il dekabrın 5-də parkı ziyarət edib.Former American President Bill Clinton's Visit to KL Bird Park! - 05 Dec 2008
Parkın konsepsiyası thumb|Kuala Lumpur Quş parkının girişindəki lövhə
Quş parkının əsas fərqləndirici xüsusiyyəti onun "sərbəst uçuş" konsepsiyasıdır, yəni əksər quşlar qəfəslərdən kənarda saxlanılır. Bütün park dirəklərə bərkidilmiş torla örtülüb.
Ziyarətçilər təbiətdə yaşayan yerli və xarici növ quşlarla yaxından tanış olmaq imkanı əldə edirlər. Layihənin uğurunun sübutu kimi bir çox quş növlərinin parkın şəraitinə o qədər uyğunlaşmasıdır ki, onlar təbii yolla yuva qurur və təbii yolla çoxalır və bu dövran ildən-ilə davam edir.Welcome to KL Bird Park
Parkın ərazisinə aşağıdakılar daxildir: Quşların həyatı, vərdişləri və anatomiyası haqqında öyrənə biləcək təhsil mərkəziDiscover Birds Life Quşların balalarının yumurtadan çıxmasını izləyə bilən inkubator. Uşaq meydançası Quşlarla şəkil çəkdirmək üçün foto köşk Restoran və kafe Seminar zalı
Qallereyası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Malayziya Kateqoriya:Quş parkları