Yasuke (, həmçinin , və ya ; ) — Yaponiya sərkərdəsi Oda Nobunaqanın Senqoku dövründə xidmətində olmuş afrikamənşəli xidmətçi və döyüşçü.

Yasuke 1579-cu ildə italiyalı yezuit missioneri Alessandro Valinyanonun xidmətçisi kimi Yaponiyaya gəlmişdir. Oda Nobunaqa qaradərili bir insanı görmək istəmiş və sonradan onu öz xidmətinə qəbul etmiş, ona Yasuke adını vermişdir. Yasukeyə qılınc, ev və maaş təqdim edilmişdir. O, 21 iyun 1582-ci ildə baş vermiş Honnoci məbədində insident zamanı Nobunaqanın məcburi olaraq harakiri etməsinə şahid olmuşdur. Hadisədən sonra Yasuke yenidən yezuitlərin yanına göndərilmişdir. Onun sonrakı həyatı haqqında məlumatlar indiki dövrə qədər qorunmamışdır. Bəzi mənbələrə görə, Yasuke Nobunaqanın gördüyü ilk afrikalı olmuşdur. O, "cənub barbarları ilə ticarət" adlanan proses çərçivəsində Yaponiyaya gələn çoxsaylı afrikalılardan biri olmuşdur.

Həyatı

Erkən illəri Yasukenin həyatı haqqında məlumatların əksəriyyəti parçalanmış şəkildə bir neçə mənbədə — yezuit missioneri Luiş Froişin məktublarında, Oota Qyuişinin adlı əsərində, Matsudayra İetadanın adlı qeydlərində, Jan Krassenin "Yapon kilsəsinin tarixi" () və Fransua Solyenin "Yapon adalarının və krallıqlarının kilsə tarixi" () adlı əsərlərində saxlanılmışdır.

Yasuke haqqında ən erkən yazılı qeyd 1581-ci ilə aiddir. O, adını Oda Nobunaqadan almışdır. Yasukenin doğma adı məlum deyil. Əlavə olaraq, "Yasuke" adının da mənşəyi naməlumdur.

1627-ci ildə yezuit rahibi Fransua Solyenin qələmə aldığı "Yapon adalarının və krallıqlarının kilsə tarixi" adlı əsərdə Yasukenin mozambikmənşəli olması ehtimalı irəli sürülmüşdür, lakin Solyenin bu fikri sadəcə fərziyyə idi, çünki Yasuke bu əsərdən təxminən yarım əsr əvvəl yaşamışdır və onun mənşəyi barədə daha erkən mənbələr mövcud deyil. Bu nəzəriyyə müəyyən əsaslara malikdir, çünki həmin dövrdə Mozambik Portuqaliya koloniyası olmuş və oradan çox sayda kölə ixrac edilmişdir. İlk afrikalıların Yaponiyaya məhz Mozambikdən gətirildiyi güman olunur. Onlar 1546-cı ildə kölələr və ya xidmətçilər kimi Yaponiyaya gətirilmişdir.

2013-cü ildə yayımlanan "Dünyanın sirlərinin kəşfi" adlı Yaponiya televiziya proqramının araşdırmasına əsasən, Yasuke makua xalqına mənsub olmuş və onun doğum adı Yasufe olmuşdur. Böyük ehtimalla, Yasufe Mozambikdə geniş yayılmış İssufo adının variantıdır, lakin bu araşdırma tam jurnalistik tələblərə cavab verməmiş, həmçinin iddialarını dəstəkləyən dəlillər az olmuşdur. Məsələn, makua xalqı ilə portuqaliyalılar arasında 1585-ci ilə qədər əhəmiyyətli əlaqə qeydə alınmamışdır.

Digər bir nəzəriyyəyə görə, Yasuke Mozambikin daxili bölgələrində yaşayan Yao xalqına mənsub olmuşdur. Bu fikir onun adının mənşəyini də izah edir. Nəzəriyyəyə əsasən, xalqın adının sonuna kişi adları üçün işlənən "-suke" şəkilçisi əlavə edilmiş və "Yaosuke" forması yaranmış, sonradan "Yasuke" şəklinə çevrilmişdir. Başqa bir versiyaya görə, Yasuke Efiopiyadan olan siddi xalqına mənsub olmuşdur. Tədqiqatçı Tomas Loklinin fikrinə görə, bu versiya daha inandırıcıdır, çünki siddi xalqı o dövrdə yaxşı təşkilatlanmış və döyüş qabiliyyətli tayfa kimi tanınmışdır. Onun əsl adı Efiopiyada "İsake" və ya "Yisake" kimi səslənə bilərdi. Bunun portuqalca variantı "" — "İshaq" adının forması olmuşdur. Həmçinin, Yasufe Efiopiyada mövcud soyaddır və Yasukenin doğma soyadı ola bilərdi. Digər fərziyyəyə görə, Yasuke Cənubi Sudanda yaşayan dinka xalqından idi. O, hündür boyu və çox tünd dərisi ilə seçilirdi. Dinka xalqı Afrikanın ən hündürboylu etnosu hesab olunur və onların dərisinin rəngi Efiopiya, Eritreya və Somali xalqlarına nisbətən daha tünddür, lakin dinka kişilərinin üzlərində yara izləri daşımaq adəti var idi, Yasukedə isə belə izlər müşahidə edilməmişdir.

"Şinço koki" salnaməsinə əsasən, Yasuke 1581-ci ildə təxminən iyirmi yaşlarının ortalarında olmuşdur. Həmin dövrün yazılı mənbələri göstərir ki, o, Alessandro Valinyano ilə birlikdə "Hindistan"dan gəlmişdir. O dövrdə "Hindistan" anlayışı portuqaliyalıların dənizaşırı mülklərini — o cümlədən indiki Hindistanda yerləşən Qoa və Koçinin yanı sıra Mozambiki də əhatə edirdi.

1581-ci ildə iyezuit Lourensu Meksia tərəfindən yazılmış məktubda, eləcə də 1627-ci ildə Fransua Solyenin verdiyi məlumatlarda Yasuke "kafir ("") kimi təsvir edilmişdir. Solye onu "mavr kafiri" adlandırmış və Mozambikdən gələn xidmətçi kimi qeyd etmişdir. Bu səbəbdən bəzi tarixçilər Yasukenin müsəlmanmənşəli ola biləcəyini ehtimal etmişdilər.

Yaponiyada thumb|right|Oda Nobunaqa. XVI əsrin sonlarına aid təsvir.

Yasuke 1579-cu ildə yezuit missioneri Alessandro Valinyanonun xidmətçisi kimi Yaponiyaya gəlmişdir. Valinyano o dövrdə Cənub-Şərqi Asiyada yezuit missiyalarında iştirak edirdi. Valinyanonun heyəti Yaponiyada keçirdikləri ilk iki ilini əsasən Kyuşuda qalmışdır. Yasuke 1581-ci ilin martında Valinyano ilə birlikdə paytaxta gəlmiş və yerli əhalinin böyük marağına səbəb olmuşdur. Yezuit missioneri Luiş Froiş yazmışdır ki, paytaxtda olan zaman yerli şəhər əhalisi arasında Yasukeni görmək üçün davalar olurdu. Nəticədə yezuit iqamətgahının qapısı sındırılmış və yaponlar arasında çoxlu sayda ölüm və yaralanma halı qeydə alınmışdır. 27 mart 1581-ci ildə Valinyano daha əvvəl Yaponiyaya gəlmiş Luiş Froiş ilə birlikdə Oda Nobunaqanın hüzuruna getmişdir və Yasuke onları xidmətçi kimi müşayiət etmişdir. Fruiş qeyd etmişdir ki, Nobunaqa Yasukeni özü şəxsən görmək istəyirdi və onu öz yanına çağırmışdır. Nobunaqaya təqdim olunduğu zaman daymyo əvvəlcə Yasukenin dərisinin mürəkkəblə boyandığını düşünmüşdür. Nobunaqa onun belinə qədər soyunmasını və dərisini təmizləməsini əmr etmişdir. Nobunaqa onun dərisinin həqiqətən də təbii şəkildə qaradərili olduğunu görən zaman ona maraq göstərmişdir.

Bu hadisələr missioner Luiş Froişin Laurensu Meksiyaya 1581-ci ildə yazdığı məktubunda və onun "Yaponiyada yezuit missiyasının 1582-ci ilə olan hesabatı"nda qeyd edilmişdir. Bunlar "İsa Cəmiyyətinin kahinləri və qardaşlarının Yaponiya və Çin krallıqlarından yazdıqları məktublar"da dərc olunmuşdur. Samuray salnaməsi olan "Şinço koki" salnaməsində qeyd olunmuşdur ki, Nobunaqanın qardaşıoğlu bu görüş zamanı Yasukeyə pul vermişdir. Əsərdə Yasuke ilə görüş belə təsvir edilmişdir:

thumb|upright|Alessandro Valinyano. XVI əsrin sonlarına aid təsvir.

14 mayda Yasuke Froiş və digər xristianlarla birlikdə Etizen əyalətinə səfər etmiş, orada Şibata Katsutoyo, Oda Hidekatsu və Şibata Katsuie kimi yerli sərkərdələrlə görüşmüşdür. Onlar 30 mayda Kiotoya qayıtmışdır. Qısa müddət sonra Yasuke Nobunaqanın xidmətinə daxil olmuşdur. Nəticədə Yasuke samuray rütbəsi əldə etmiş ilk qeydə alınmış əcnəbi olmuşdur.

Güman olunur ki, Yasuke yapon dilini öyrənmiş və danışıq səviyyəsinə qədər mənimsəmişdir. Bu, Valinyanonun missionerlərinin yerli mədəniyyətə uyğunlaşması üçün göstərdiyi səylərlə əlaqələndirilir. Nobunaqanın Yasuke ilə tez-tez söhbət etdiyi məlumdur. Nobunaqanın portuqal dilini bilmədiyi, Yasukenin isə klassik Çin dilində danışmadığı üçün onların ünsiyyətinin yapon dilində baş verdiyi güman edilir. Yasukenin Nobunaqanın yeganə qeyri-yapon xidmətçisi olduğu ehtimal edilir. Bu, daymyonun ona göstərdiyi diqqəti izah edə bilər. Rahib Lourensu Meksiyanın 8 oktyabr 1581-ci il tarixli, başqa bir rahib olan Pero da Fonsakaya ünvanladığı məktubunda yazmışdır ki, Yasukeyə Kioto şəhərində bir müşayiətçi ilə gəzməyə icazə verirdi və şəhər sakinlərinin bəziləri Nobunaqanın onu tono edə biləcəyini söyləyirdilər.

"Knyaz Nobunaqa haqqında qeydlər" əsərinə əsasən, Yasukenin öz mənzili və qısa ritualistik katana qılıncı olmuşdur. Nobunaqa ona silahdar vəzifəsi də vermişdir və Yasuke bir növ mühafizəçi rolunu oynayırdı. Tarixçi Conatan Lopes-Veraya görə, ona bəzən sərkərdə ilə yemək paylaşmağa icazə verilirdi. Bu imtiyaz az sayda vassala şamil edilirdi.

"Şinço koki" salnaməsində qeyd olunmuşdur ki, Yasukeyə maaş verilməsi, bir qılınc və şəxsi iqamətgah ayrılması əmr edilmişdir. Bəzən ona ağasının silahlarını daşımaq tapşırığı da həvalə edilirdi. Tarixçilərin fikrinə görə, bu, həmin dövrdə bir növ "döyüşçü və ya samuray rütbəsinin verilməsi" ilə eyni məna daşıyırdı. Tədqiqatçı Tomas Loklinin məlumatına görə, Yasukeyə həmçinin, xidmətçilər də ayrılmışdır.

Takeda nəslinə qarşı qələbədən sonra Nobunaqa Yasuke və digər döyüşçülərlə birlikdə həmin ərazini yoxlamağa getmişdir. Geri dönən zaman onlar Tokuqava İeyasu ilə görüşmüşdür. İeyasunun xidmətçisi Matsudayra İetada Yasukenin boyunu "6 şaku 2 sun" (təxminən 188 sm) kimi, dərisini isə "kömür kimi qara" olaraq təsvir etmişdir.

Hinno məbədində insident 1582-ci ilin iyununda Akeçi Mitsuhide tərəfindən Kiotoda yerləşən Hinno məbədində Nobunaqaya hücum edilmişdir. Hücum zamanı Nobunaqanın yanında Yasuke də daxil olmaqla 30-a yaxın izləyicisi var idi. Onlar Akeçinin qüvvələri ilə döyüşmüş, lakin nəticədə məğlub olmuşdular və Nobunaqa məcburən harakiri etmişdir. Nobunaqanın ölümündən sonra o, varisi Oda Nobutadanın ordusuna qoşulmuş və Nicyo qalasında müdafiə döyüşünə qatılmışdır, lakin sonda əsir düşmüşdür. Akeçinin hüzuruna gətirilən zaman Mitsuhide onun haqqında "insan yox, heyvandır" demiş və qeyri-yapon olduğu üçün öldürülməməsini əmr etmiş, Yasuke nixristianların Nambanci kilsəsinə göndərmişdir.

Yaponiya tarixçiləri Midori Fucita və Ovada Yasutsune ehtimal etmişdilər ki, Mitsuhide bu bəyanatı mərhəmət hissindən irəli gələrək söyləmişdir. Bununla yanaşı, Tomas Lokli bu sözlərin Mitsuhidenin yezuitlərin və yapon xristianların dəstəyini qazanmaq məqsədilə deyilmiş ola biləcəyini irəli sürmüşdür. Bununla belə, mövcud tarixi sənədlər bu fərziyyələrdən hər hansı birinin doğru olub-olmadığını, yaxud bəyanatın başqa səbəblərlə — məsələn, əcnəbilərə və ya məhz Yasukeyə qarşı mənfi münasibətdən qaynaqlandığını qəti şəkildə təsdiq etmir. It is certain that Yasuke did not die. Mitsuhide's vassals accompanied him to a Jesuit church, and Luís Fróis wrote five months after the Honnō-ji Incident thanking God that he did not lose his life. Buna baxmayaraq, onun bundan sonrakı taleyi barədə məlumat yoxdur.

Təsvirləri thumb|İddia edilmişdir ki, 1605-ci ildə çəkilmiş "Sumo oyunlarl" əsərindəki qaradərili obraz Yasukenin təsviridir.

1605-ci ildə çəkilmiş və Sakay Şəhər Muzeyinin kolleksiyasında saxlanılan adlı rəsm əsərində qarandərili bir kişinin yapon sumo döyüşçüsü ilə nəcabətli samurayların hüzurunda güləşdiyi təsvir olunmuşdur. Əsərin mənşəyi və mövzusu haqqında bir neçə fərziyyə mövcuddur. Bəzi tədqiqatçılar güləşə baxan samurayın Oda Nobunaqa və ya Toyotomi Hidetsuqu olduğunu irəli sürürlər, digərləri isə mərkəzdə güləşən qarandərili şəxsin Yasuke, güləşçilərin sağ tərəfində qyoci (hakim) rolunda göstərilən şəxsin isə Oda Nobunaqa olduğunu güman edirlər.

1590-cı illərdə Rinpa məktəbinə mənsub bir sənətkar tərəfindən hazırlanmış suzuri-bako hazırda Portuqaliyada yerləşən Karamulo muzeyinə məxsusdur. Bu əşyanın üzərində portuqal zadəgan geyimində qaranlıqdərili bir kişi təsvir edilmişdir. Tədqiqatçı Tomas Lokli qeyd edir ki, bu şəxs Yasuke ola bilər, çünki əsərdə o, digər portuqaliyalı kişinin qarşısında itaətkar mövqedə təsvir olunmur.

thumb|Nanban byōbu (painted by Kano Naizen), Europeans and their African followers, c. 1600

Eyni dövrdə fəaliyyət göstərmiş rəssam Kanoo Nayzenin çəkdiyi "Nanban byobu" adlı əsərdə avropalılar və onların afrikalı müşayiətçiləri əks olunur. Bu rəsmdə qaradərili şəxslər avropalıların arxasında durur, onlar üçün çətir tutur və nizə daşıyırlar. XVI–XVII əsrlərdə Yaponiyaya yezuit missionerləri ilə birlikdə afrikalı xidmətçilərin gətirilməsi nadir hal deyildi.

Müasir mədəniyyətdə

Bədii əsərlər 1968-ci ildə yapon yazıçısı Yoşio Kurusu və rəssam Genciroo Mita adlı uşaq kitabını nəşr etdirmişlər. Əsər Yasuke obrazına həsr olunmuşdur. Növbəti il kitab layiq görülmüşdür.

Yasuke 1971-ci ildə yazıçı Şusaku Endo tərəfindən qələmə alınmış adlı satirik romanın əsas ilham mənbəyi olmuşdur.