– Yaponiyanın Şizuoka prefekturasının İto şəhərində yerləşən zooloji park və botanika bağı. Zoopark burada saxlanılan kapibaralara və ilin bütün vaxtı açıq olan parniklərinə görə tanınır.
Tarixi thumb|Meksika parniki. İzu Şaboten Zooparkı 1959-cu ildə açılmışdır. "İzu" zooparkın yerləşdiyi yarımadanın adıdır. "Şaboten" sözü isə kaktus mənasına gəlir və 1960-cı illərə qədər istifadə olunmuşdur. Müasir yapon dilində "saboten" sözü üstünlük verilsə də, zoopark adında orijinal sözü saxlamışdır.
İstixanalar Parkda 1500-dən çox növə aid olan sukkulent bitkilər yerləşir. Bura dünyada insanların kaktus toplaması üçün nəzərdə tutulmuş yeganə yerdir. Parkdakı sukkulentlər beş parnik üzrə nümayiş etdirilir. Meksika parniki ən böyük olanıdır. Burada Meksika və Şimali Amerikdan olan 150-dən çox kaktus növü saxlanılır. Bu istixanadakı ən populyar kaktus növləri 8 metr hündürlüyündə olan Neobuxbaumia polyopha və barel kaktusudur. Bu kaktus Yaponiyadakı ən böyük kaktus konuslarından biridir və təxminən 1850-ci illərə aiddir.
Madaqaskar parnikində Madaqaskar adasından olan nadir bitkilər saxlanılır. Madaqaskarda kaktus olmadığı üçün burada Alluaudia ascendens, aloe və digər sukkulent bitkiləri görmək olar. Kaktus ağacı parnikində cəngəllikdə yetişən kaktuslar saxlanılır. Buradakı kaktuslardan biri holland borusu kaktusudur. Cənubi Amerika parnikində Cənubi Amerikadan olan kaktus növləri saxlanılır. Braziliyaya xas olan Notocactus haselbergii kaktusu burada yetişir. Afrika parnikində Afrikaya aid sukkulent bitkilər və əjdaha qanı ağacı saxlanılır.
Heyvanlar thumb|Parkda çimən kapibaralar. İzu Şaboten Zooparkı qış aylarında onsendə çimən kapibaralarına görə tanınır. Kapibaralar zooparkın populyarlığında vacib yer tuturlar. Yaponiyada onsendə çimən kapibara trendinin bu parkda yarandığı güman olunur. Belə ki, 1982-ci ildə zooparkdakı işçilərdən biri sərgi zonasını isti su ilə yuyarkən kapibaraların isti su gölməçəsi ətrafında toplaşdıqlarını görmüş və kapibaraların qışda onsendə sağ qala biləcəklərini kəşf etmişdir. Parkda kapibaraların çimməsini noyabr–aprel aylarında seyr etmək mümkündür. Ziyarətçilərə park restoranında kapibara mövzusunda olan dana burgerlər təklif olunur.
Zooparkda kapibaralarla yanaşı 140-dan çox heyvan növü saxlanılır. Tovuz quşu və sincabaoxşar meymunun parkda sərbəst formada dolaşmasına icazə verilir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya zooparkları Kateqoriya:Şizuoka prefekturasının parkları və bağları Kateqoriya:Şizuoka prefekturası tikililəri Kateqoriya:Yaponiyadakı botanika bağları Kateqoriya:İto