300px|thumb|right|Məhəmməd Füzuli (solda) Şah İsmayıl Xətaiyə (sağda) mədhiyyə yazmışdır.
Azərbaycan saray mədəniyyəti — saraylarda inkişaf etmiş Azərbaycan mədəniyyəti, Azərbaycan zadəganlarının mədəni fəaliyyəti.
Azərbaycan türkcəsinin Cəlairi sarayında ədəbi dil olaraq istifadə edildiyini Sultan Əhməd Cəlayırın (?-1410) və Əbdülqadir Marağayinin şeirləri sübut edir. Qaraqoyunlu hökmdarı Cahanşah Azərbaycan dilində yazdığı şeirlərlə türk dilini saraya gətirmiş, türkcəyə saray dili mahiyyəti qazandırmışdır. Ağqoyunlu dövründə isə Sultan Yaqubun sarayında dövrün alimləri, şairləri və sənətkarları toplaşmışdı. Saraylarda tez-tez şeir məclisləri təşkil olunurdu. Bu dövrdə Əlişir Nəvainin məktəbinin güclü olmasına və bəzi Azərbaycan şairlərinin Herata getməsinə baxmayaraq, Yaqub Mirzənin Təbriz sarayı Herat məktəbi ilə rəqabətə girə biləcək gücdə idi.
Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının dili, Səfəvilər sülaləsinin ana dili idi. Saray dilinin Azərbaycan dili olması paytaxt şəhərlərdə (Təbriz, Qəzvin və İsfahan) bu dilin istifadəsinin təşviqinə səbəb olmuşdur. Qacarlar dövründə də Azərbaycan dili sarayın dili idi, fars dili ilə birlikdə hər iki sarayda (Təbriz və Tehran) geniş tətbiq edilirdi.
Azərbaycanlı-türkmənlər həm İran fars dili və mədəniyyətində, həm də dil və mənşə baxımından bağlı olduqları Osmanlı türk mədəniyyətində dominant olduqları üçün iki mədəniyyət arasında elçi rolunu oynamış, xüsusilə Osmanlı ali saray mədəniyyətinin yaranmasına rəhbərlik etmişlər. Osmanlı dövlətində böyük bir Azərbaycan şairi sinfi mövcud idi. Hətta Azərbaycan şairləri bir müddət ərzində Osmanlı divan şeirinə başçılıq etməyə nail olmuşdur. Osmanlı sarayında onlara böyük hörmət göstərilir, Anadoludan olan şairlər isə onları qısqanırdılar.
Tarixi inkişaf
Orta əsrlər və erkən müasir dövr XIV əsrin sonlarında yaranan Şəki hakimliyində hökmdarlıq etmiş Orlat sülaləsi azərbaycanlılaşmış, türkdilli monqol sülaləsi idi.Шеки (историч. область в Азербайджане) — статья из Большой советской энциклопедии. [Советская историческая энциклопедия, статья: Под ред. Е. М. Жукова. Шеки // Советская историческая энциклопедия. — М.: Советская энциклопедия. — 1973–1982 Петрушевский И. П. Государства Азербайджана в XV веке. Шеки в XV веке // Сборник статей по истории Азербайджана. — Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 184.
Azərbaycanlı-türkmənlər həm İran fars dili və mədəniyyətində, həm də dil və mənşə baxımından bağlı olduqları Osmanlı türk mədəniyyətində dominant olduqları üçün iki mədəniyyət arasında elçi rolunu oynamış, xüsusilə Osmanlı ali saray mədəniyyətinin yaranmasına rəhbərlik etmişlər. Osmanlı baş vəziri Çandarlı Əli Paşa klassik İslam qanunlarını, saray yaşayış ədəbini, bürokratiya üsullarını, qulam sistemini, maliyyə metodlarını, azərbaycanlı-iranlı bürokratlarının yardımı ilə tətbiq edir, Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar aparırdı. Osmanlı hökmdarları Mərkəzi Asiya və Azərbaycanda türk və fars dillərini bilən münşi, şair və alimləri Osmanlı paytaxtına gətirmək üçün fədakarlığa hazır idilər. Şah I İsmayıl hakimiyyəti dövründə (h.i. 1501–1524) isə ölkədən qaçan Ağqoyunlu bürokratları Osmanlıya sığınırdı. Onlar türkmən-azəri türkcəsi ləhcəsində danışır, fars imla dili bilirdilər. Bunlardan biri də İdris Bitlisi idi. Osmanlının İrandakı fəthləri ilə türk və azərbaycanlı şəxsi heyət də Osmanlının hərbi elitasına daxil edilmişdir.
Azərbaycan sufi ədəbiyyatında çox zaman xarizmatik lider, böyük ideoloq və bacarıqlı şair eyni adam olurdu. Belə adamlara əsas misallar Səfəvi dövlətinin qurucusu, səfəviyyə ideoloqu və şair Şah İsmayıl Xətai, Qaraqoyunlu hökmdarı və sufi şairi Cahanşah Həqiqi, Ərzincan hakimi və şair Qazi Bürhanəddindir.
Şuşa şəhəri mədəni həyatı Qarabağın XVIII əsrdə hakim sülaləsi olan Cavanşirlər tərəfindən himayə edilmişdir. Cavanşirlər sülaləsi mədəniyyət və təhsil sahəsində iştirak edir və bu sahələrə hamilik edirdilər. Ailənin bir çox üzvü görkəmli alim və şair idi. Belələrinə misal olaraq, Cəfərqulu xan Cavanşir, Xurşidbanu Natəvan, Mehdiqulu xan Vəfa, Mir Həsən Ağa Mir göstərilə bilər. Beləliklə, Şuşa şəhəri XIX əsrdə quberniya mərkəzi olmasa da, varlı bir şəhər olaraq bir çox azərbaycanlı yazıçı və musiqiçinin yetişdiyi yer olmuşdur.
Saray və xalq ziddiyyəti 200px|thumb|right|Məhəmməd Füzulinin "Bəngü-Badə" əsərinə çəkilmiş miniatür Qazi Bürhanəddin dünyagörüşü baxımından saray-mədhiyyə ədəbiyyatına qarşı idi. O, öz şeirində mədhiyyəçiliyə qarşı çıxır, insan gözəlliyini vəsf və tərif etməyi üstün görürdü. Şirvanşahlar sarayında yaşayan Bədr Şirvani və digər şairlər öz şeirlərində feodal hakimləri tərifləməyə geniş yer verirdilər. Buna baxmayaraq, XV əsr şairlərinin çoxu şəhər sənətkarları və digər yoxsul təbəqələrin istəklərini və görüşlərini təsvir edir, hakim sinfi tənqid edirdi. Hamidi sarayda yaşamasına baxmayaraq, yeri gələndə saraya zidd olduğunu, insana saraydakından fərqli bir gözlə baxdığını deyirdi.
Həbibi, Tüfeyli, Şahi, Xəzani, Rəhməti, Gülşəni, Fəzli, Süruri kimi şairlər saray ədəbiyyatının təmtəraqlı mədhiyyəçiliyindən qaçırdılar, xalq ədəbiyyatına yaxın idilər. Kişvəri dövründən, zəmanənin hadisələrindən narazı olduğunu gizli saxlaya bilməmiş, buna görə də sarayın sevimlisi olmamışdır. O, mədhiyyəçiliyə dözə bilməmiş, ona paxıllıq edən şairlərin təhqirinə görə saraydan uzaqlaşmışdır.
Məhəmməd Füzuli "Bəngü-Badə" əsərindən saray əxlaqını, onun satqınlığını və şöhrətpərəstliyini qələmə almışdır. Onun "Söhbətül-əsmar" əsərində bostan meyvələrinin bəhsi saray adamlarının, hakim təbəqələrin lovğalığını, məhdudluğunu göstərir. Əsərdə bağ meyvələrinin söhbəti ümumiyyətlə insanlar arasındakı xudbinliyi tənqid edir. Ancaq bostan hadisələrinin bağ hadisələri ilə müqayisədə ölümə səbəb olması onu göstərir ki, şair xalq həyatı ilə saray həyatını ayırırdı, onları fərqli görürdü. 300px|thumb|left|Molla Vəli Vidadi (solda) sırf xanlara, sultanlara dərin bir nifrət bəslədiyini ifadə etmək üçün şeir yazmışdır.
Fədai Təbrizi "Bəxtiyarnamə" əsərinin "Bəxtiyarın tacir məcarəsını nağıl etməsi" hissəsində halal zəhmət çəkməyin əhəmiyyətini, xoşbəxtliyin şah saraylarında yox, bağban və qəvvasların yanında olmasını göstərir. Saib Təbrizi isə sarayda fəaliyyət göstərdiyi dövrü "qəflətdə keçmiş ömür" adlandırır, bununla bağlı peşmançılıq çəkirdi.
Məhcur Şirvani sarayda böyük vəzifələrin etibarlı adamlara tapşırılmasını əsas ictimai qayə kimi qarşısına qoyurdu. Hakimiyyətdə olanların xalqla arasını yaxşılaşdırması, ağıllı vəzirlər seçməsi, şah-vəzir birliyi Məhcurun yaradıcılığında xüsusi vurğulanır. Molla Vəli Vidadi gürcü sarayında yaşamış, burada olarkən hansısa səbəbdən həbs edilmişdir. Həbsdə ikən o, "Könül həsrət, can müntəzir, göz yolda" əsərini yazaraq xanlara, sultanlara dərin bir nifrət bəslədiyini ifadə etmişdir. O, sultanlara, xanlara xidmət etməyi özünə sığışdırmamış, Qazaxa qayıdaraq təsərrüfat işləri ilə məşğul olmuşdur. O, Şəki xanı və şair Məhəmmədhüseyn xan Müştaqla dost idi.
Molla Pənah Vaqifin saray gözəlini ideallaşdırması, nümunə göstərməsi saray xadimi "Vaqif"in xalq nümayəndəsi "Vaqif" üzərində qələbəsi idi. Xalq nümayəndəsi "Vaqif" xalqa, onun əməkdar təbəqəsinə bağlı idi. Saray xadimi Vaqif isə bir feodal idi. Xalq nümayəndəsi "Vaqif" bəzən feodala qalib gəlir və ya onunla birləşirdi. "Kür qırağının əcəb seyrəngahı var" şeirində bu ikilik duyğusu hiss edilir. Kür qırağına səfərlərinin birində ləngiyən İbrahimxəlil xan kənd camaatını əziyyətə salır, Vaqif də bu şeiri yazaraq, Qarabağ sarayını Kür qırağından üstün tutur, xanı saraya qayıtmağa vadar edir.
"Şəhriyar" dastanında nəzmlə nəsr birlikdə istifadə edilmiş, nəzm formaları olaraq qəzəl, müxəmməs, qoşma və gəraylı şeir növlərinə yer verilmişdir. Yazılı ədəbiyyat ənənəsi ilə şifahi ədəbiyyat ənənəsi beləliklə birlikdə işlədilmişdir. Qəzəl və müxəmməs saraya, qoşma və gəraylı isə elata məxsusdur.
Çar Rusiyası və SSRİ dövründə saray və zadəgan mədəniyyəti
Çar hökuməti dövründə rus hakimiyyətinin Azərbaycan zadəgan ailələrinə etimadı yox idi. Çünki zadəganlar, İran və Osmanlı cəmiyyətlərinin ayrılmaz bir hissəsi olan türk-islam mədəniyyətinin elitar təbəqəsi idilər. Bu zadəgan ailələrinin uşaqları ərəb və fars dillərində təhsil alır, ilahiyyatı və klassik ədəbiyyatı dərindən mənimsəyir, öz saray və məclislərində poeziya-muğam ənənələrini yaşadır, qədim türk döyüş taktikalarını öyrənirdilər. Əsilzadələr sadə xalqdan danışıq üslubları, davranışları, zövqləri, paltarları və yaşayış tərzləri ilə fərqlənməyə çalışırdılar. Klassik ədəbiyyat (zadəganların ədəbiyyatı) və xalq yaradıcılığı (sadə camaatın ədəbiyyatı) arasında olan fərq, bu sosial-mədəni qütbləşmədən irəli gəlirdi. Sadə xalq üçün elitar mədəniyyət uzaq görünür, zadəganlar isə xalq mədəniyyətini primitiv hesab edirdilər.
Çar hökumətinin zadəgan ailələrinə etimad göstərməyə məcbur olmasında əsas səbəblər aşağıdakılar idi: Zadəgan ailələrinin ərəb, fars, türk dilləri və islam mədəniyyəti barədə biliklərindən, onların müsəlman aləmi ilə sosial-mədəni əlaqələrindən, İran ərazisindəki bir çox zadəgan ailələri ilə qohumluq əlaqələrindən istifadə edərək şərqşünaslıq məktəbini yaratmaq və hərbi-kəşfiyyat işlərində bu məlumatları tətbiq etmək; Zadəgan ailələrini tədricən rus-avropa mədəniyyətinə inteqrasiya etmək, onları ruslaşdırmaq və yeri gələndə xristianlaşdırmaq; Zadəganların vasitəsilə rus dili və mədəniyyətini müsəlmanlar arasında yaymaq, qafqaz müsəlmanlarını maksimum şəkildə Osmanlı və İran mədəniyyətindən ayırmaq.
Beləliklə, zadəgan övladları xüsusi submədəniyyət təbəqəsinə çevrildilər, onlar həm türk-İslam, həm də rus-Avropa mədəniyyəti ilə tanış idilər. Zadəganlar XIX əsrdə maarifçiliyin və modernləşmə proseslərinin yayılmasında, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, təqib olunduqları sovet dövründə milli mədəniyyətin qorunub saxlanılması və inkişafında vacib rol oynamışdılar.
Saray ədəbi, mərasimləri və ideoloji iş 200px|thumb|right|Nəsihətnamənin titul vərəqi. Şah İsmayıl Xətai Anadolu türkləri özlərini Elxani vətəndaşı sayaraq Elxanilərin qanunlarına tabe qalmışdır. Teymuri dövrü Azərbaycan şairi Qazi Bürhanəddin onu bir işə sevgilisinin edə biləcəyi kimi məcbur edə bilən qüvvənin yasaq və xan yarlığı olduğunu, bildiyi vəsiqənin xan tamğası olduğunu, bildiyi dövlət sisteminin xaqan, ulu xan, sultan, bəy, tutqavul (karvan və yolları qorumaq üçün təhlükəsizlik sistemi) olduğunu qeyd etmişdir.
1387–1406-cı illərdə Osmanlı baş vəziri olmuş Çandarlı Əli Paşa klassik İslam saray yaşayış ədəbini azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar etmişdi. Xoca ibn Ədili İbarinin XV əsrə aid əlyazması isə astronomiya, astrologiya, coğrafi, fəlsəfi və etik anlayışların ifadə edilməsi üçün istifadə olunan orijinal Azərbaycan terminlərini izah edir.Здесь каждый экспонат дышит историей . Галия ЗИСКИНД. Азербайджанские известия. – 2010. – 3 апреля. – С. 3.