Denis Aleksandr (; ) — ABŞ aktrisası. O, xüsusilə "General Hospital" serialında Dr.Lesli Vebber rolunu canlandırması ilə tanınır. Həyatı Denis Aleksandr 11 noyabr 1939-cu ildə Nyu-York şəhərində anadan olub. Onun atası Aleks Aleksandr Frenk Qorşin və Sel Mineo kimi tanınmış şəxslərin agenti idi. Ailəsi Los-Ancelesə köçdükdən sonra, Denis Los-Anceles Kaliforniya Universitetində təhsil almışdır. O, 14 yaşında Con Kassavetesin "Crime in the Streets" (1956) filmində debüt etmişdir.

Denis Aleksandr karyerasına 1960-cı ildə "The Clear Horizon" serialında Lois Adams rolunu canlandıraraq başlamışdır. Daha sonra 1966-1973-cü illərdə "Days of Our Lives" serialında Susan Hunter Martin obrazını ifa etmişdir. 1973-cü ildə "General Hospital" serialında Dr.Lesli Vebber roluna dəvət olunmuş və bu rolu 1984-cü ilə qədər davam etdirmişdir. 1996-cı ildə seriala qayıtmış və 2009-cu ilə qədər bu rolu ifa etmişdir. 2013-cü ildə serialın 50 illik yubileyi münasibətilə qonaq olaraq yenidən bu rolda görünmüşdür. Denis Aleksandr həmçinin "Another World" (1986-1989, 1991) serialında Meri Mkkinnon rolunu canlandırmışdır.

Denis Aleksandr rejissor və prodüser Riçard A.Colla ilə evli olub. O, həmçinin bir çox heyvan xeyriyyə təşkilatlarında fəal iştirak edib.

O, 5 mart 2025-ci ildə Kolorado ştatının Boulder şəhərində vəfat edib. Ögey oğlunun dediyinə görə, o, təbii səbəblərdən dünyasını dəyişib. İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Uşaq aktyorlar