– Yaponiya dermatoloqu və veneroloqu. Uzaq Şərqdə dermatologiyanın qabaqcıllarından biri olmaqla yanaşı, Yaponiyada urologiyanın və sifilidologiyanın qabaqcılı olmuşdur.

İlk illəri və təhsili Keyzo Dohi 1866-cı ildə Yaponiyanın Eçizen vilayətində (hazırda Fukui prefekturasının tərkib hissəsi) doğulmuşdur. 1890-cı ildə Tokio Universitetindən məzun olmuşdur. O, əvvəlcə cərrah olmaq istəmiş və bu məqsədlə Almaniyanın Heydelberq Universitetinə daxil olmuşdur. Lakin daha sonra fikrini dəyişmiş və 1893-cü ildə Vyana Dermatologiya Məktəbinə daxil olaraq dermatoloq Morits Kapoşinin tələbəsi olmuşdur. O, burada iki il dermatologiya və urologiya üzrə təhsil almışdır. Dermatologiya haqqında ilk elmi məqaləsi 1896-cı ildə "Archiv für Dermatologie und Syphilis" jurnalında nəşr olunmuşdur. 1898-ci ildə Tokioya qayıtmışdır.

Fəaliyyəti Avropadan qayıtdıqdan sonra Tokio Universitetində köməkçi professor, 1898-ci ildə dermatologiya və sifilis üzrə professor təyin olunmuşdur. Tokio Universitetində dərs deməyə başlamış, dəri xəstəlikləri və sifilis haqqında mühazirələr vermişdir. 1900-cü ilin dekabrında Yaponiya Dermatologiya Assosiasiyasının sələfi olan Dəri Xəstəlikləri Cəmiyyətinin prezidenti olmuş və 1901-ci ildə cəmiyyətin almanca olan elmi jurnalını nəşr etdirməyə başlamışdır. Yaponiyada dermatologiyanın inkişafına töhfə verən əsas şəxslərdən biri olmuşdur. Yeni dəri xəstəlikləri haqqında məlumatlar vermiş və yeni müalicə üsulları inkişaf etdirmişdir. 1905-ci ildə Yaponiya Zöhrəvi Xəstəliklərin Qarşısı Alınması Assosiasiyasının əsasını qoymuşdur. Əsas nəşrlərinə 1910-cu ildə nəşr olunmuş və 1921-ci ildə nəşr olunmuş daxildir. 1926-cı ildə təqaüdə çıxmış və fəxri professor adı almışdır. 5 noyabr 1931-ci ildə ölmüşdür.

Şəxsi həyatı Həkim olmaqla yanaşı Çin dilində şeirlər yazmış və "Qakuen" təxəllüsündən istifadə etmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya dermatoloqları Kateqoriya:Yaponiya uroloqları Kateqoriya:Veneroloqlar Kateqoriya:Sifilidoloqlar