Yozefina Səfərli (qızlıq soyadı: Haynemann; ; ) — Almaniya şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster (2018).
Karyerası 2015-ci ildə 18 yaşlı qızlar arasında Almaniya çempionatında qzıl medal qazanıb. Eyni ildə 18 yaşadək qızlar arasında dünya çempionatında beşinci olub.
2018-ci ildə Drezdendə keçirilmiş qadınlar arasında "German Master" şahmat turnirində üçüncü yeri tutub.
Müxtəlif illərdə qadınlardan ibarət şahmat üzrə Almaniya yığmasının heyətində Şahmat Olimpiadalarının (2022–2024)45th Chess Olympiad Budapest 2024 Women və Avropa çempionatlarının (2015–2017, 2021–2025)European Team Chess Championship 2025 — Women iştirakçısı olub.
Şəxsi həyatı Manhaym Universitetində riyazi iqtisadiyyat üzrə təhsil alıb.Josefine Heinemann | Universität Mannheim
2024-cü ildə azərbaycanlı qrosmeyster Eltac Səfərli ilə ailə həyatı qurub.
İstinadlar
Xarici keçidlər Yozefina Səfərli Chessbase.com saytında
Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Almaniya şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları