alt=|thumb|300x300px|Doula (solda) hamiləliyin son mərhələlərində qadının özünü daha rahat hiss etməsinə və doğuş zamanı ağrının azalmasına kömək edən bədən mövqelərini və məşqləri öyrədir.
Doula ( — , ) — qadını sağlamlıqla bağlı mühüm həyat mərhələlərində, o cümlədən doğum zamanı (və doğumdan sonrakı dövrdə), habelə hamiləliyin itirilməsi, süni abort və ya ölü doğum kimi hallarda dəstəkləyən təlim keçmiş müşayiətçi. Doula həmçinin reproduktiv olmayan təcrübələr — məsələn, ölüm və yas prosesi kimi vəziyyətlərdə də psixoloji və emosional dəstək göstərə bilər.
Vəzifə öhdəlikləri
Doula praktik, məlumatverici və emosional dəstək göstərir. Mamaçadan fərqli olaraq, doula tibbi üsullardan istifadə etmir: dərmanların (o cümlədən bitki mənşəli preparatların) təyin edilməsi, müxtəlif tibbi müayinələrin (vaginal baxış və s.) aparılması, diaqnozun qoyulması və ya ləğv edilməsi, ana və ya uşağın vəziyyətinin analiz və nəzarəti, habelə doğum və doğumdan sonrakı dövrdə mamalıq köməyinin göstərilməsi onun səlahiyyətinə daxil deyil. Etik kodeksə əsasən, doula tibb işçilərinə qarşı çıxmamalı, münaqişəli vəziyyətlər yaratmamalı və əsas doğum tərəfdaşını əvəz etməməlidir.
Doulanın fəaliyyətinin effektivliyi ailəyə (xüsusilə də doğan qadına) davamlı və yönümlü dəstək, perinatal dövrün psixologiyası və fiziologiyasına dair biliklər, həmçinin doğum zamanı tibbi müdaxiləsiz yardım üsullarına bələd olmaq üstündə qurulur. Bu üsullara aşağıdakılar daxildir:
psixoloji və emosional dəstək, ağrıkəsici masaj, nəfəs və səs məşqləri, aromaterapiya, refleksoterapiya, rebozoterapiya (ənənəvi meksika şalı olan rebozo ilə masaj).
Avropa və Amerika klinikalarının bir hissəsində doulalarla əməkdaşlıq üçün xüsusi proqramlar mövcuddur. Məsələn, Denberi xəstəxanası müəyyən tədris, sertifikatlaşdırma və profilaktik mərhələlərdən sonra doulaya xəstəxana əməkdaşı vəsiqəsi təqdim edir və onun xidmətlərini maliyyələşdirir. Bir çox beynəlxalq sığorta şirkətləri doula xidmətlərini öz paketlərinə daxil etmişdir.
Doulanın iştirakı ilə baş tutan doğumların iqtisadi səmərəsi əsasən qeysəriyyə əməliyyatlarının və epidural anesteziyanın (EA) istifadəsinin azalması ilə əlaqədardır.
Doula doğum zamanı ən əlverişli şəraitin yaradılmasına çalışır ki, bu da həm ailənin, həm də tibb personalının doğum təəssüratlarına müsbət təsir göstərir. Doula yüksək stresə davamlılıq, təşkilatçılıq bacarığına malik olmalı, beynəlxalq praktik kodeks və hamilələrlə iş zamanı etik prinsiplərə müvafiq fəaliyyət göstərməlidir. Ən etibarlı və peşəkar xidmətin sertifikatlaşdırılmış doulalar tərəfindən göstərildiyi hesab olunur. Bu məqsədlə demək olar ki, bütün ölkələrdə peşə etikası qaydalarına ciddi riayət edən sertifikatlı doulaları birləşdirən təşkilatlar fəaliyyət göstərir.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər
Международный стандарт практики для доул
Kateqoriya:Uşaq doğumu Kateqoriya:Təbii doğum Kateqoriya:Genderlə əlaqəli peşələr Kateqoriya:Qadın fəaliyyətləri Kateqoriya:Peşələr