Ziyadxanovlar mülkü — Azərbaycanın Gəncə şəhərində yerləşir. Azərbaycanın tanınmış soylarından biri olan Ziyadxanovlar ailəsinə mənsub olmuşdur. Haqqında Ziyadxanovların mülkü Gəncədə, Atatürk prospekti 244-də yerləşir. Bina XIX əsrdə tikilib. Tarixi mülkün memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdır. Hal-hazırda burada Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyi yerləşir.

Azərbaycanda bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilib. Sovet dövründə Ziyadxanovların mülkündə bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən isə bina Gəncə Tarix-Diyarşünaslıq muzeyinin istifadəsinə verilib. Tikili klassik şərq üslubunda inşa edilib və iki mərtəbədən ibarətdir. Bina düzbucaqlı formaya malikdir və Gəncəyə xas olan qırmızı kərpicdən tikilib.

Mülkün sahibləri Bu bina Cavad xanın nəticələri olan İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Onlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi.

Adil xan Ziyadxanov - AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. İsmayıl xan Ziyadxanov - Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat. Şahverdi xan Ziyadxanov - Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti. Həmçinin bax Ziyadxanovlar İstinadlar

Kateqoriya:Azərbaycanın tarixi evləri Kateqoriya:Gəncə abidələri