Citibank Canada (ticarət adı ilə Citi Canada) — ABŞ mənşəli Citigroup adlı beynəlxalq maliyyə xidmətləri korporasiyasının Kanadadakı törəmə müəssisəsidir. Citi Canada-nın baş ofisi Toronto şəhərində yerləşir və onun Kalqari, London, Monreal və Vankuver şəhərlərində filialları fəaliyyət göstərir.
Tarixi
Citi Canada, Kanadanın Bank Aktı çərçivəsində fəaliyyət göstərən II cədvəl (xarici mülkiyyətə məxsus, depozit qəbul edən) bank kimi qeydiyyatdan keçmişdir. Citibank Canada, Kanada Banklar Assosiasiyasının (CBA) və həmçinin əmanətləri müəyyən limitlər daxilində sığortalayan federal Kanada Əmanət Sığorta Korporasiyası-nın üzvüdür.
3 aprel 2017-ci ildə törəmə şirkəti olan ''CitiFinancial Canadnın J.C. Flowers & Co. və Värde Partners adlı özəl investisiya şirkətlərinə satışı başa çatdırılana qədər, Citibank Canada əsasən istehlak kreditləri ilə məşğul olurdu. Bu kreditlər əsasən sub-prime və near-prime kateqoriyalı borcalanlara yönəlmişdi. Satışdan sonra CitiFinancial Canada adını dəyişərək Fairstone Financial, Inc adını almış və ölkə üzrə 200 filialla fəaliyyətini davam etdirmişdir.
İstinadlar
Kateqoriya:Banklar